Fevral niyə dörd ildən bir 29 olur?

 

Bu il fevral ayında təqvim günlərinin sayı 29-u göstərir. Bu da o deməkdir ki, 2024-cü il 365 deyil, 366 günlə yekunlaşacaq. Dörd ildən bir 29 gün hesab olunan fevral isə ilin ən qısa ayıdır. Üç il ardıcıl olaraq 28 günlə bitən bu ayın digər aylardan qısa olmasının isə tarixçəsi var.

Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Əminə Hümbətova "Azərbaycan Reallığı”na deyib ki, təqvim hazırlanarkən müəyyən etalonlara görə tərtib edilir.

Onun sözlərinə görə, bu, gün, sinodik ay və tropik ildir: "Tropik il və sinodik ay tam günlərdən ibarət deyil. Tropik il 365 gün 5 saat 48 deq 46 saniyədən ibarətdir. Həmin bu kəsir hissə yığılaraq bizə 1 gün verir. Bu da məhz fevral ayına əlavə olunub. 4 illik periodda 3 il adi il, 1 il isə uzun il hesab edilir”.

Tanınmış astroloq Səbuhi Rəhimli isə İqtisadiyyat.az-a açıqlamasında mövcud olan müxtəlif təqvimlərə (Hicri-Qəməri, Qriqoriyan, eləcə də provaslavların və zərdüştiliklərin təqvimi və s.) toxunub.

Onun sözlərinə görə, əslində ilkin vaxtlarda fevral ayı 30 gündən ibarət olub: "Təqvimin yarandığı ilk vaxtlarda 12 ay olduğu bildiriləndə ayların adları yox idi. Birinci ay, ikinci ay, üçüncü ay və s. deyilib. Zaman keçdikcə ayların bəzilərinə adlar qoyulub. Məsələn, yanvar, fevral, mart və s. Yalnız 7 və 8-ci aylar adsız olub. Roma imperatoru Yuli Sezar dünyasını dəyişəndə saray əyanları yığışıb onun şərəfinə 7-ci ayın adını Yuli qoyublar. Onlar deyiblər ki, daha şərəfli olmaq üçün gəlin bu ayı 30 gündən 31 günə dəyişək. Əslində, yay ayları qısa olmalıdır. Çünki gün uzun olduğuna görə uzun görünür. Fevral ayı adətən çox yerdə ən soyuq aydır. Onlar fevraldan bir gün götürüb iyula əlavə etməyə başlayıblar. Onlar hesab edirdilər ki, bir gün fevraldan götürməklə soyuq azalır. Bu da absurd bir şeydir. Beləliklə, iyul 31 gün oldu, fevral 29 gün qalıb. Yuli Sezardan sonra Oktavian Avqust hakimiyyətə gəlib və onun ilk fərmanlarından biri 8-ci aya öz adının verilməsi ilə bağlı olub. O da adını daşıyan avqust ayının 30 gün deyil, 31 gün olmasının vacibliyini qeyd edib. Alimlər yenə də fevraldan bir gün götürüb avqusta əlavə ediblər. Beləliklə, fevralda cəmi 28 gün qalıb. Alimlər hesablamalar aparıb, Günəşin trayektoriyası ilə müşahidələrdən sonra görüblər ki, bu da uyğun gəlmir. Ona görə də boşluğu doldurmaq üçün 4 ildən bir fevral ayının 29 gün olması qərarına gəlinib. Fevral məhz buna görə qısa aydır. İyul və avqust ayları isə ard-arda 31 gündən ibarətdir”.

Qeyd edək ki, bu il fevralın 29-da doğulanlar dörd ildən sonra ilk dəfə doğum günlərini dəqiq gündə qeyd edə biləcəklər.

Son xəbərlər

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Bütün xəbərlər