ƏN BAHALI ÇƏRƏZ: ürəyi qoruyur, arterial təzyiqi azaldır



Makadamiya fındığını müxtəlif dövrlərdə müxtəlif cür adlandırıblar: mullibimbi, bumera, kindal-kindal, Kvinslend, Avstraliya fındığı... İlk dəfə 1930-cu ildə Avstraliyanın Viktoriya ştatında botanik Ferdinand fon Müller əslən şotlandiyalı olan həmkarı və dostu Con Mak-Adamın şərəfinə onu Makadamiya fındığı adlandırıb.

Publika.az xəbər verir ki, həmin il Avstraliyada makademiyasevərlər assosiasiyası yaradıldığına görə məhz bu adın üzərində dayanılıb. 1970-ci ildən başlayaraq Makadamiya fındığı Avstraliyanın Kvinslend ştatında iri sahələrdə yetişdirilib.

Makadamiyanın 9 növündən 5-i yalnız Avstraliyada, 2 növü isə Braziliya, Kaliforniya, Cənubi Amerika və Havay adalarında yetişir. Hazırda onu tropik iqlimə malik bir çox ölkələrdə yetişdirirlər, lakin bitkinin başlıca düşməni okean küləkləridir. Yeganə tozlandırıcısı arılardır, onun çiçəklərindən əldə olunan bal çox ətirli və dadlı olur. Əkiləndən 7-10 il sonra 100 kiloqrama yaxın məhsul verir.

Makadamiya fındığı dünyanın ən bahalı çərəzləri sırasına daxildir. Onun məhsulunu ağacdan toplamaq və təmizləmək o qədər də asan başa gəlmir. Yaşılımtıl qəhvəyi rəngdə olan qalın qabığın içərisində yerləşən fındığı sərt qabığından çıxarmaq üçün 2 min pa təzyiq lazımdır.

Onun tərkibi vitamin və efir yağları ilə zəngindir. 100 qram fındığın qida dəyəri 700 kkal-dir. Makadamiya fındığında doymamış yağ turşularının tərkibində insan dərisində mövcud olan palmitin turşusu var. Kimyəvi tərkibinə görə Makadamiya yağı su samurunun piyini xatırladır. Ona görə də onun yağı quru və qabıqlanan dəri üçün ideal vasitədir, dərini nəmləndirir, yumşaldır, cavanlaşdırır və gözəlləşdirir, yara və yanıqların sağalmasını sürətləndirir. Tərkibində Makadamiya yağı olan kosmetik vasitələrin qiymətinin baha olmağı bununla əlaqədardır. Həmin yağla zəngin olan şampunlar tük soğanaqlarını möhkəmləndirir, saça təbii parlaqlıq verir və onu xarici mühitin təsirlərindən qoruyur.

Yüksək kaloriya malik Makadamiya fındığı dadına görə yer fındığını xatırladır. Onun iri və bütöv olanları şokolad və karamellə birlikdə, kiçik və xırda olanları isə salat və dəniz məhsullarından hazırlanan yeməklərə əlavə edilir.

Bir çox xəstəliklərə xeyirli olduğuna görə vətəni Avstraliyada müqəddəs hesab edilir. Makadamiya fındığı, həmçinin antioksidant təsir göstərir, qanda xolesterinin miqdarını və arterial təzyiqi azaldır. Yüksək kalorili olmasına baxmayaraq ürək-damar sistemi xəstəliklərinin yaranmasının qarşısını alır, arıqlamağa kömək edir, artrit, osteoporoz, kuperoz, varikoz və sellülitin müalicəsində istifadə edilir

Son xəbərlər

Kəsilən ağaclara cənab Muxtar Babayev vicdanı qarşısında necə göz yumur?

Ucarda 27 ton ot bağlaması yanıb

101-ci gün: Yağışlı hava şəraiti ekoaksiya iştirakçılarına mane olmur

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

Britaniya Ukraynaya tərkibində uran olan mərmilər verəcək

İstanbulu su ilə təmin edən bənd qurumaq üzrədir

Yazda Kür çayının suyu artacaq? - AÇIQLAMA + VİDEO

Şəmkir sakini kabab manqalında yandı

İran Təbrizdəki aviabazanı tam hazırlıq vəziyyətinə GƏTİRDİ

Ermənistan mülki nəqliyyat vasitələri ilə silah daşıyır - VİDEO

Bakıda minik avtomobili yanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Polşanın Fransadakı səfiri: “Ukrayna məğlub olarsa, Polşa Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”

Güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb

Rusiyanın indi bu silahları var, amma...

Kardioloq kardionevroz və infarkt arasındakı FƏRQİ AÇIQLADI

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: Etirazçılar tələblərini irəli sürürlər

Ukrayna sərhədçiləri Baxmuta dörd hücumu dəf ediblər

Rusiya şəhərində fövqəladə vəziyyət elan edildi

Kür çayında suyun səviyyəsi qalxıb: Su istifadəçiləri hansı tədbirlər görməlidir?

Bakının mərkəzində silahlı hücuma məruz qalan Nicat “Lənkəranski” həbs olundu

Bakıda mağazada kütləvi zəhərlənmə olub

Kahramanmaraşda zəlzələ: Ətraf vilayətlərdə də hiss olundu

Bu gündən Şuşaya turist səfərləri başlayır

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 97 gündür dünya ictimaiyyətinə çağırışlar edirlər

NATO: “Rusiya Baxmutda hər gün 1500-dək hərbçisini itirir”

Ermənistan Qarabağda müharibəyə hazırlaşır - VİDEO

Ermənistan Moskvada keçirilən turizm sərgisində niyə iştirak etmir?

XİN rəsmisi İƏT-ə üzv olan ölkə nümayəndələrini Ermənistanın təxribatları barədə məlumatlandırıb

İranın Azərbaycanla bağlı üç ssenarisi - VİDEO

Messi “Barselona”ya qayıtmaq istəyir

Xankəndi-Laçın yolunda ekoaksiyanın 96-cı günü: Tələblər dəyişməz, şüarlar eyni

Rusiyada hərbi komissarlıq: “Səfərbərlik tamamlanmayıb”

Bütün xəbərlər