Vəliyevlər imperiyası çökür: rektorun oğlanları həbs oluna bilər – VİDEO

 

Odlar Yurdu Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevə məxsus "Muğan Bank” Açıq Sıhmdar Cəmiyyətində (ASC) qalmaqal yaranıb.  Muğan Bankın İdarə Heyətinin üzvü və baş direktor olmuş Asif Əzizov bankı məhkəməyə verib.  Asif Əzizovun iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq. Martın 14-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Solmaz Ədilovanın sədrliyi ilə keçiriləcək.  Mərkəzi Bank ötən il "Muğan Bank” ASC-nin lisenziyasını ləğv edib. Bank hazırda ləğv prosesindədir.

"Muğanbank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə (Elmir Maqbet oğlu Mehdiyev – 67,74%, Vəfa Əhməd qızı Vəliyevaya – 10,65% və Fəridə Cahandar qızı Mehdiyevaya 10,03%) məxsus olduğu deyilirdi. Daha sonra isə bankın payının böyük hissəsi Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğulları – Samir və Munir Vəliyevlərə ötürüldü, Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişdi.

Qeyd edək ki, "Muğanbank” ASC bir müddət əvvəl cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlamış, zərərlə işlədiyi məlum olmuşdu. Belə ki, bankın sentyabrın 30-na xalis zərəri 1,287 mln manat, yığılmış zərəri 24,938 mln manat olduğu görünür. Maraqlıdır ki, Mərkəzi Bank sözügedən bankda kapital adekvatlığı əmsalının 3%-dən aşağı olduğunu desə də, bankın hesabatında bu rəqəmin 21,81%-ə bərabər olduğu görünür. Bu isə bankın riskli durumda olduğunu hesabatlarında gizlətmiş göstərir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla "Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların "Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda "Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib. Əhməd Vəliyev güclü arxası olmadan respublikada bank sahibinə çevrilə bilməzdi, bu işdə onun əsas himayədarı və biznes ortağı isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları – Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. Daxil olan məlumatda həmçinin iddia edilir ki, sabiq MTN şefinin "qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.

Əhməd Vəliyevin ailə biznesi təkcə "Muğan Bank”la bitmir. Bu millət vəkili, rektor, biznesmen, oliqarx Əhməd Vəliyevin biznesinin sərhədləri Türkiyəyə, Rusiyaya, İngiltərəyə qədər uzanır. Nəhəng oliqarxa çevrilmiş Əhməd Vəliyev və onun oğulları – Samir və Munir Vəliyev geniş ailə biznesi yaradaraq hazırda "JMR” adlandırılan "Jalə-Biznes” MMC, Bülbül prospektində fəaliyyət göstərən "Jalə Plaza”, Odlar Yurdu Universiteti, "Muğanbank” ASC və "Oksigen” klinikasını idarə edirlər. Rektorun oğlu Samir Vəliyev Təhsil Nazirinin Müşaviri olanda  ata-bala  "diplom biznesi” ilə milyonlar qazandılar.
Məlumat üçün qeyd edək ki, Samir Vəliyev əvvəl Təhsil Nazirinin Müşaviri, sonra peşə təhsili üzrə sektor müdiri, daha sonra Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edib. Yəni xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı məsələlərə Samir Vəliyev baxıb və bu yolla milyonlar qazanıb. Təsəvvür edirsiniz, rektor Əhməd Vəliyev oğlunun səlahiyyətlərindən istifadə edərək "Odlar Yurdu”nda  xaricdə təhsil alan tələbələr üçün mərkəz yaradıb və saxta diplomların tanınması ilə külli miqdarda pul qazanıb.
Sözün qısası, Əhməd Vəliyevin ailə üzvlərinə, oğlanlarına məxsus olan Londonda, Türkiyədə, Avropanın müxtəlif ölkələrində olan və dəyəri yüz milyonlarla ölçülən mülklərin mənbəyi Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılmalıdır. Bununla bağlı cumhuriyyet.az-a  daxil olan məlumata görə, yaxın zamanda Əhməd Vəliyevin oğlanları Munir və Samir Vəliyevin həbsi gözlənilir. Bizə daxil olan məlumatlarda Əhməd Vəliyev və oğlanları Samir və Munir Vəliyevə məxsus milyardların "Muğan Bank” vasitəsilə necə Azərbaycan – Avropa – Azərbaycan dövriyyəsini edir… Mövzu çox maraqlı və geniş araşdırma tələb etdiyi üçün yaxın zamanlarda Türkiyə müxbirimizin araşdırma yazısını dərc edəcəyik. Bizi izləyin.

 

Son xəbərlər

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Bütün xəbərlər