Zəngəzur dəhlizinə açılan atəş: İrəvan niyə snayperi indi işə saldı?


Ermənistan ordusunun Zəngilan istiqamətində atəş açmasının sərhəddə eskalasiya yaratmaq planına xidmət etdiyi şübhəsizdir: erməni postunun görüntüləri də təsdiq edir ki, təxribat planlı şəkildə həyata keçirilib; atəşin snayperdən açılması məqsədin Azərbaycan ordusuna itki vermək olduğunu isbat edir;

Snayperdən açılan atəşin adekvat cavabı olacaq, bu baxımdan, "Ermənistan Azərbaycanın cavab atəşi açmasında və hərbi qarşıdurmanın yaşanmasında maraqlıdırmı” sualı yaranır. Bu sual xüsusilə iki kontekstdə diqqət çəkir:

- Azərbaycanda seçki prosesi bitdi və qarşıda sülh danışıqlarının növbəti raundu gəlir;
- Paşinyan dünən Britaniya mediasına müsahibəsində sülh danışıqlarının yenidən başlanmasında maraqlı olduqlarını elan etdi;

Bu, snayper atəşinin rəsmi İrəvanın iradəsindən kənar açıldığı, erməni ordusu daxilində prosesin tormozlanmasını istəyən qrupların oyunu olduğu fikrini önə çıxara bilər. Ermənistan tərəfi də "hadisənin araşdırılacağını, hərbçinin cəzalandırılacağını” bildirib. Hərçənd, Ermənistanın maraqları snayper atəşinin açılması əmrinin rəsmi İrəvan tərəfindən verildiyi versiyasını gücləndirir.

Birincisi, Ermənistan və bu ölkədə Rusiyanın "təhlükəsizlik yerini” doldurmaq istəyən Qərb tərəfdaşları, xüsusilə Fransa Azərbaycanla sərhəddə eskalasiyanın olmasında maraqlıdır: mümkün hərbi qarşıdurma İrəvana Moskvanın "təhlükəsizlik müttəfiqliyindən” imtina etməyə, yaxud təhlükəsizlik məsələsində Qərb tərəfdaşlarına ağırlıq verməyə səbəb yaradacaq; 44 günlük müharibədən sonra sərhəddə baş verən qarşıdurmalarda Ermənistan KTMT və Rusiyaya bu ittihamları ünvanlayıb, lakin indi situasiya fərqlidir;

- Fransa və Ermənistan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb və erməni ordusunun arsenalının təmin edilməsi şaxələndirilib;

- Aİ müşahidəçilərinin sayı kifayət qədər genişləndirilib: İrəvan sərhədlərin mühafizəsini "müşahidə missiyası”nın çətiri altında öz qüvvələri tərəfindən təmin edə biləcəyini hesab edir;

Hazırda Ermənistan Rusiyanın yerini kifayət qədər doldura biləcək dəstəyə malikdir və baş verə biləcək mümkün eskalasiya bu istiqamətdə praktiki addımların atılması üçün istinad nöqtəsi ola bilər. Zəngilan rayonu da Ermənistanın sərhəddə eskalasiya nöqtəsinə çevirə biləcək beş nöqtədən (Kəlbəcər – Söyüdlü mədəni, Laçın – Qaragöl istiqaməti, Naxçıvan – Kərki kəndi, Qazax – işğal altındakı 7 kənd) biridir.

İkincisi, Zəngilan rayonu istiqamətində mümkün eskalasiya Zəngəzur dəhlizi layihəsini tormozlamağa hesablana bilər: dəhlizdən imtina edən Ermənistan Mehridə heç bir praktiki iş görməsə də, Azərbaycan layihənin sərhədə qədər olan hissəsini tamamlamaq üzrədir; İrəvan dəhlizlə bağlı görülən işləri sabotaj etməkdə, həm də bu marşrutun təhlükəsiz olmadığını göstərməkdə maraqlıdır;

Üçüncüsü, İrəvan mümkün Brüssel görüşünə hazırlaşır: sülh danışıqlarının Qərb platformasında davam etdirilməsinə ümid edən Ermənistan Aİ Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə təbrik zəngini yeni fürsət olaraq görür; Mişel Brüssel formatında görüşün davam etdirilməsini təklif etdi, Əliyev üçtərəfli formatı (bu o deməkdir ki, Fransanın iştirakı mümkün deyil) dəstəklədi; Brüssel formatı bərpa ediləcəyi təqdirdə, rəsmi Bakı Zəngəzur dəhlizi layihəsini əsas prinsip olaraq irəli sürəcək, bu dəfə "Azərbaycandan Azərbaycana prinsipi” üzrə; Kalininqrad təcrübəsinə əsaslanan bu təklif daha öncə Brüsseldə müzakirə olunub və növbəti raundda yenidən aktuallaşması gözləntisi var; Brüssel formatı üçtərəfli qaydada davam edərsə və Bakı Naxçıvana maneəsiz keçidi qəbul etdirərsə, ki bu ehtimal hazırda önə çıxıb, İrəvanın Qərb platformasından gözləntiləri də özünü doğrultmayacaq; bu baxımdan, mümkün Brüssel görüşündən öncə məhz Zəngilan istiqamətində - Zəngəzur dəhlizi ətrafında hərbi hərəkətlilik Ermənistana "kommunikasiya bizim istədiyimiz formada açılmasa, təhlükəsizlik problemləri yaranacaq” mövqeyini əsaslandırmaq üçün lazımlı ola bilər;

Baş verənlər fonunda snayper atəşinin birdən çox hədəfinin olduğu qənaəti yaranır, lakin bunun böyük eskalasiyaya səbəb olacağı gözləntisi hələ də azdır. Zəngilan istiqamətində açılan atəşin cari dövr üçün bir əsas hədəfi var: Zəngəzur dəhlizinin təhlükəsiz marşrut olmadığını nümayiş etdirmək.

Və bu, səbəbsiz deyil. Çünki yanvarın 29-da keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya Nəqliyyat Bağlantısı üzrə İnvestorlar Forumunda Asiyanı Avropaya birləşdirəcək Transxəzər Nəqliyyat Dəhlizinə 10 milyard avro sərmayə qoymaq qərarı verildi. Bu qərar Zəngəzur dəhlizi layihəsinin Brüssel üçün aktuallaşdıracaq amildir.

- Aİ-nin Mərkəzi Asiyaya nəqliyyat dəhlizi əldə etməsində Azərbaycan əsas halqadır;

- Azərbaycan Gürcüstan marşrutu ilə yanaşı, alternativ imkan kimi Zəngəzur dəhlizini irəli sürür (Naxçıvana maneəsiz keçid olaraq) və Bakının mövqeyi Brüsselə təsir edə bilər;

- Mərkəzi Asiya ölkələri də Azərbaycanın layihəsini dəstəkləyir;

- Zəngəzur dəhlizi – Mehridən keçəcək maneəsiz yol Qərb analitikləri tərəfindən nəqliyyat dəhlizləri arasında təhlükəsiz marşrutlardan biri kimi qiymətləndirilir: misal üçün, "Fitch Ratings” beynəlxalq reytinq agentliyi son hesabatında bu dəhlizin təhlükəsiz olduğundan bəhs edir və qeyd edir ki, Aİ Bakı və İrəvan arasında mümkün sülh sazişinə dəhlizin açılması müddəasının daxil edilməsində maraqlı ola bilər;

- Aİ-nin Zəngəzur dəhlizinin Rusiyanın iştirakı olmadan "Kalininqrad təcrübəsi”nə əsasən işləməsini dəstəkləməsi istisna edilməməlidir;

Ermənistanı narahat edən də budur. Bu baxımdan, Zəngilan istiqamətində açılan snayper atəşinin hədəfinin də bu marşrutun təhlükəli olduğunu göstərmək məqsədi daşıdığını deyə bilərik.

Son xəbərlər

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Bütün xəbərlər