Azərbaycan Ordusu Xankəndini mühasirəyə alır? – ERMƏNİ PLANI


Ermənistan mediası və teleqram kanalları yeni iddia tirajlamağa başlayıb: Azərbaycan Ordusu Qarabağa və sərhədə canlı qüvvə-hərbi texnika toplayır;

Azərbaycan Ordusunun Qarabağda, yaxud sərhəd bölgəsində hansısa hərəkəti suveren hüququdur və hərbi birləşmələrin daim yerdəyişməsi, xüsusilə hərəkət istiqamətini fəsilə uyğun seçməsi təbii haldır. Lakin Azərbaycanın hazırda hərbi birləşmələrin yeni dislokasiyası haqda heç bir mənbədə məlumat yoxdur. Bu kontekstdə sual yaranır: ermənilərin iddiasının arxasında hansı plan var?

Qarabağ ssenarisi

Hazırda əsas mövzu Qarabağdakı erməni əhalisinin Azərbaycana inteqrasiyası prosesidir. Xocalıda ilk təmas quruldu, daha sonra Prezident Administrasiyası növbəti görüşün Bakıda keçirilməsi təklifini irəli sürdü. Qərbdə dəstəklənən bu proses erməni əhalisinin adından çıxış etməyə çalışan Xankəndindəki separatçıları beynəlxalq ictimaiyyət qarşısında çətin vəziyyətə salıb: görüşə gəlmək inteqrasiya məsələsini qəbul etmək deməkdir; görüşdən imtina onları legitim hədəfə çevirir;

Bu vəziyyətdə separatçılar üçün yeganə çıxış yolu hərbi eskalasiyanın baş verməsidir, bununla beynəlxalq ictimaiyyətə özlərini "tərəf” kimi, Azərbaycanı isə "təcavüzkar” kimi göstərmək, həmçinin, erməni əhalisi arasında inteqrasiya prosesini dəstəkləyənlərin mövqelərini zəiflətmək istəyirlər.

Sərhəd ssenarisi

Ermənistan sərhəddə yeni toqquşmanın baş verməsində maraqlıdır:

Rusiyanın, ümumilikdə KTMT-nin Ermənistanın təhlükəsizliyində heç bir rol oynamadığını bir daha göstərəcəklər
- Avropa İttifaqının müşahidə missiyasını ölkəyə gətirməklə doğru qərar verdiklərini praktiki olaraq nümayiş etdirəcəklər;
- Aİ-nin müşahidə missiyasına "Azərbaycan təcavüzkardır” iddiasını əyani şəkildə izlədəcəklər;
- Laçın yolunda Bakıya qarşı nail ola bilmədikləri beynəlxalq təzyiqi sərhəd toqquşmasında "Ermənistan ərazilərinə müdaxilə” iddiası ilə yenidən gündəmə gətirəcəklər;

"Azərbaycan Qarabağa və sərhədə qoşun toplayır” iddiasının tirajlanmasın arxasında bu plan var. Hərçənd, erməni mənbələr yaydıqları informasiyalardakı zidiyyətlə özlərini ələ verir. Misal üçün, "Hraparak” nəşri "Azərbaycan ordusunun Şuşa və Ağdərəyə qoşun yığdığını, Xankəndini mühasirəyə almağa hazırlaşdığını” yazır. Halbuki, Şuşada və keçmiş Ağdərə rayonu istiqamətində ordumuzun bölmələri əvvəldən olub. "Hayeli.am” saytı isə konkret mənbə göstərmədən, "teleqram kanallarına” istinad edir və iddia edir ki, "Azərbaycan Kəlbəcərdə və Vardenis istiqamətində canlı qüvvə-texnika toplayır”.

İctimai rəy formalaşdırmağa hesablanan bu informasiyalar fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın dünən səsləndirdiyi iddia da diqqət çəkir. Paşinyan iddia edir ki, "indi həm Ermənistan sərhədində, həm Qarabağda böyük eskalasiya təhlükəsi var”. O, bu iddiasını Bakının "ritorikası”na və "bəzi başqa məlumatlara” istinadən irəli sürür. Burada "bəzi başqa məlumatlar” qeydi iddianın "etibarlılığını”, "inandırıcılığını” artırmağa xidmət edir.

Göründüyü kimi, Qarabağda və sərhəddə təxribatlara hazırlaşan ermənilər mümkün eskalasiyada Azərbcanı ittiham etmək üçün öncədən rəy yaratmağa çalışır

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər