Hakopyan öz yalanlarını İFŞA ETDİ: "Burnanın yerli əhalisi türklər olub" - VİDEO




Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Qərbi Azərbaycan 1828-ci ildən necə erməniləşdirilib” adlı süjet hazırlanıb.

Publika.az xəbər verir ki, verilişdə Qərbi Azərbaycan ərazisini əhatə edən mahalların tarixi və mədəni münasibətlər baxımından Bütöv Azərbaycandan ayrı olmadığı, indiki Ermənistanın Azərbaycan mahalları ərazisində yaradılan süni dövlət olduğu və erməni tədqiqatçılarının araşdırmalarında Qərbi Azərbaycanın 1828-ci ildən erməniləşdirilməsinin necə aparıldığı bildirilir.

Qeyd olunub ki, Ermənistan, Azərbaycan və Türkiyə münasibətlərinin tədqiqi ilə məşğul olan araşdırmaçı Tatul Hakopyan doğulduğu Loru mahalının Barana rayonu Balakənd kəndinin azərbaycanlı əhalisinin 1930-ci ildə qovulduğunu və yerinə xaricdən gətirilən ermənilər yerləşdirildiyini təsdiqləyir.

T.Hakopyanın "Rusiyanın işğalı ərəfəsində İrəvan xanlığı” məqaləsində Qərbi Azərbaycanın 1828-ci ildən erməniləşdirilməsinin necə aparıldığı, İrandan və Türkiyədən gətirilən ermənilərin 15 rayondan ibarət İrəvan xanlığının və bir neçə mahalın ümumi əhalisinin statistikasına təsiri aydın görünür: "Belə ki, İrəvan xanlığında həmin dövrdə 115 106 nəfərin 65 234-ü erməni, 49 872-si müsəlman olub. Qırxbulaq mahalında ümumi əhalinin sayı 3053, Zəngbasar mahalında 8376, Gərnibasar mahalında 9680, Vedibasar mahalında 4355, Sürməli mahalında 12 407, Dərəkənd-Parçenis mahalında 4387, Səədli mahalında 1004, Abaran mahalında 8933, Dərəçiçək mahalında 8650, Göyça mahalında 14 254 nəfər yaşayıb. Məhz bu ərazilərə köçürülən ermənilərin hesabına azərbaycanlılardan say üstünlüyü yaranıb”.

Sonda vurğulanıb ki, erməni müəllif Qərbi Azərbaycan bütün mahallarını əhatə etmir: "Çünki söhbət İrəvan xanlığından gedir. Sonrakı illərdə erməni vilayəti və erməni dövləti yaradanda havadarları Azərbaycanın digər ərazilərini də ermənilərə verdilər ki, xəritədə dövlətə oxşar nəsə olsun. Adı çəkilən mahallarda verilən saylara diqqət yetirəndə Qərbi Azərbaycanın 1828-ci ildən erməniləşdirmənin necə aparıldığı tam aydın olur. Bunu erməni araşdırmaçısı Tatul Hakopyan da etiraf edir. Çünki bu gerçəyi mənbələr də qeyd edib və nə qədər erməni tarixçiləri nağıllar uydursalar da bu yazılana pozu yoxdur. Belə ki, Qərbi Azərbaycanın mahallarında minillər boyu azərbaycanlılar yaşayıb və yalnız XX əsrdə bir neçə dəfə xüsusi qəddarlıq və zorakılıqla öz torpaqlarından qovulublar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı "Baku" TV-nin süjetində:

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər