Qərbi Azərbaycan Xronikası: Paşinyanla görüşən erməni gəncdən Qərbi Azərbaycanla bağlı etiraf - VİDEO


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Erməni qızı azərbaycanlılara heyranlığını etiraf etdi” adlı veriliş efirə gedib.

Verilişdə gənc erməni diplomat, "Ilona Educational Center”in rəhbəri İlona Sahakyanın erməni millətçiliyi ilə zəhərlənmiş duyğulardan imtina edib Ermənistanda hökm sürən xəstə mühitdən ayrılmaq, insani duyğularla dəyərlərə qiymət vermək istəyi vurğulanır.

Bildirilir ki, onun sosial səhifələrində məktəbli dövründə yazdığı məqalələr də daha sağlam yanaşma ilə həm tarixə, həm də gerçəyə nəzər yetirmək, çağdaş erməni gerçəkliyinə və tarixinə təbliğat maşınının gözü ilə deyil öz baxışları ilə yanaşmaq istəyi aydın görünür.

O, "Ermənistanın sovet keçmişindən epizodlar. "Ermənistan-Azərbaycan birgəyaşayışının izləri ilə” kitabı haqında yazdığı məqalədə dostluq məqamlarını qabartsa da, Qərbi Azərbaycanda azərbaycanlılara aid yer adlarının dəyişdirilməsi, tarixi abidələrin ya saxtalaşdırılması, ya da dağıdılması faktlarından yan keçir.

Kitabda yalnız yaxşılığı axtaran gənc diplomat öz soydaşlarının dostluq pərdəsi altında məkrli siyasət həyata keçirərək azərbaycanlıları öz doğma yurdlarından dəfələrlə qovduğunu, onlara qarşı soyqırımı, vandalizm və cinayətlər törətməsini sanki unudur: "Lehvaz Zəngəzurun Meğri bölgəsində olan qədim Azərbaycan kəndidir. Bu kənd sovet dövründə erməni və türk olmaqla iki məhəlləyə bölünüb. 1968-ci ildə həmin iki məhəllə bir-birindən vadi ilə ayrılmışdı, onun sakinləri ermənilərin və azərbaycanlıların məhəllələrini birləşdirmək üçün körpü salmış və körpüyə "Dostluq” adını vermişdilər. 1918-ci il Njdenin Zəngəzurda törətdiyi qətliam nəticəsində kəndin əhalisi azalıb. Elə bundan istifadə edən daşnaklar 1920-32, 1939-45, 1946-56-cı illərdə müxtəlif yerlərdən erməni ailələrini gətirib kəndin kiçik bir hissəsində yerləşdiriblər. O körpü də yeni salınan kiçik məhəllə ilə kəndin əsas hissəsini birləşdirirdi. 1988-ci ildə Lehvaz azərbaycanlıları ermənilər tərəfindən öz dədə-baba yurdlarından didərgin salındılar. "Dostluq” körpüsündən keçən ermənilər dinc azərbaycanlılara hücum edib, evlərini talayıb, əhaliyə zorakılıq tətbiq ediblər. Ümumiyyətlə, erməninin dostluq anlayışı qeyri-müəyyən və yalan üzərində qurulub. Bunu son 200 ilin tarixi sübut edir”.

Gənc diplomat kitab haqqında təəssüratında yazır: "Ermənistan-Azərbaycan dostluq səhifələrinə baxdıqca məni böyük xoşbəxtlik və dinc gələcəyə ümidlə dolu hisslər bürüdü. Yazımı azərbaycanlılara qəzəblənən erməni gənclərinə qarşı çıxan bir erməni kəndlinin sözləri ilə bitirirəm: "Onların adlarını necə silmək olar? Tarixlərini silmək mümkün deyil. Ümid edirəm ki, bir gün biz tarixi təkrarlayacağıq və dostluq körpümüzü quracağıq”.

Verilişin sonunda bildirilir ki, Ermənistanda sağlam düşüncəli, dinc yaşamaq istəyən erməni gənclərin belə çağırışları dostluq pərdəsi geyinib məkrli əməllərə, yeni cinayətlərə hazırlaşmaq niyyətli olmayacaq: "Çətin də olsa inanmaq istərdik ki, bu, revanşist niyyətin pərdələnməsi deyil, dürüst yanaşma olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Bütün xəbərlər