Fransanın erməni sevgisi: Paris sülhdən sonra Bakının üzünə necə baxacaq?


Fransanın Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli yanaşması təəssüf ki, ara vermir. Rəsmi Parisin ritorikası əvvəl ermənipərəst idisə, indi açıq-aydın anti-Azərbaycan mövqedən ibarətdir. Bu, özünü müxtəlif formalarda göstərir. Yelisey Sarayının bu cür qərəzli və riyakar mövqeyinin əsas səbəbi rəsmi Bakının Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etmək istəməməsidir. Əlbəttə, prezident Emmanuel Makronun regionla bağlı xarici siyasət kursu Azərbaycanla ikitərəfli münasibətlərə də mənfi təsir edir. Təsadüfi deyil ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında ikitərəfli münasibətlərin tarixinin ən aşağı səviyyəsində olduğunu diqqətə çatdırmışdı. Bunun əsas səbəbi isə dediyimiz kimi, Parisin uğursuz xarici siyasət kursudur.

"Le Figaro” qəzetində bu yaxınlarda dərc olunan "Bakının Fransanı ləkələmək üçün böyük hücumu” adlı məqalə Fransanın Azərbaycana qarşı növbəti riyakarlığını əks etdirir. Sərlövhədən də bəllidir ki, material qərəzlə doludur. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva yanvarın 14-də bu məqaləyə tutarlı cavab verib. O, özünün "X” sosial şəbəkə hesabında bu barədə yazıb. "Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin. Siz hələ də Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir parçası olduğunu bilmirmiş kimi davranırsınız. Uzun müddətdən sonra regionda ilk dəfə olaraq ədalətli və davamlı sülh mümkündür. Sülhün həqiqətə ehtiyacı var; yalan rəvayətlərə yox”, - səfir bildirib.


Məsələ ondan ibarətdir ki, Fransa bütün imkanları ilə bölgədə sülhün təmin olunmasının, həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının qarşısını almağa çalışır. Paris bu mövqeyini gizlədə bilmir. Fransa casuslarının Azərbaycanda ifşa olunması, Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallıq, jurnalistimizə qarşı qeyri-qanuni davranış kimi ayrı-ayrı vaxtlarda baş vermiş hadisələr Parisin Bakıya qarşı qərəzli münasibətinin aydın təzahürüdür.

Fransa sürətlə Ermənistanı silahlandırır və bunu sübut edən kifayət qədər faktlar da var. Sual yaranır: məqsəd nədir? Fransa Ermənistanı silahlandırmaqla nəyə nail olmaq istəyir? Aydın məsələdir ki, bu, sülhə yox, əksinə, yeni gərginliyə xidmət edir.


Məlum olduğu kimi, Azərbaycan otuz ildən sonra özü öz ərazi bütövlüyünü təmin edib. Fransa kimi riyakar, qeyri-səmimi vasitəçilər, daha doğrusu, vasitəçilik iddiasında olan dövlətlər isə bu müddət ərzində ancaq vaxtı uzatmağa çalışıblar. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi, həmçinin Qarabağdakı qondarma rejimin ləğvi sülh üçün yeni, tarixi imkanlar açdı. İndi sülh heç vaxt olmadığı qədər realdır. Fransa bunu başa düşsə də, həzm etmək istəmir.

Maraqlıdır ki, artıq Ermənistan da reallıqları qəbul etməyə başlayıb. Ermənistan baş naziri Nikol Paşinyan və digər rəsmilər öz çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, sülh istədiklərini dəfələrlə bəyan ediblər. Makron hakimiyyəti isə "Roma Papasından daha artıq katolik olmaq istəyir”. Səslənən qərəzli bəyanatlar, həmçinin mətbuatda dərc olunan qeyri-obyektiv məqalələr birbaşa olaraq Fransadakı erməni lobbisi və diasporunun ictimai rəyinin dəyişdirilməsinə, Ermənistandakı revanşist əhval-ruhiyyəni gücləndirməyə hesablanıb.


Rəsmi Paris başa düşməlidir ki, daha sülhün alternativi yoxdur. Bakı hər ötən gün regionda əməkdaşlığın təmin olunması idealına daha çox yaxınlaşır. Maraqlıdır, sülh müqaviləsi imzalanandan sonra Fransa nə edəcək? Regionla bağlı siyasətini və Azərbaycanla münasibətləri necə tənzimləyəcək? Zənnimizcə, Makron ya da onu əvəz etmək iddiasında olan siyasətçilər indidən bu barədə düşünməlidirlər.

Son xəbərlər

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Bütün xəbərlər