Ermənilər güllələdi, fransızlar sökür: Fransanın mədəniyyətimizə qarşı vandalizmi


Fransada Azərbaycan mədəniyyətinə qarşı vandalizm həyata keçirilir: 2015-ci ildə İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Evian-le Ba şəhərinin meriyası 2017-ci ildə açılan "Azərbaycan parkı”nda bütün yazıların yığışdırılması qərarını qəbul edib. Eynin zamanda, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə ucaldılan abidəsinin götürülməsi gündəmə gəlib.

Bu, etnosidin (mədəni soyqırımı) başqa formada həyata keçirilməsidir və məşhur "güllələnmiş heykəlləri” xatırladır. Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan Üzeyir Haclbəyli, Bülbül və Natəvanın heykəllərini gülləboran etmişdi. Və işğal dövründə Azərbaycan mədəniyyətinə qarşı beynəlxalq miqyasda müqayisəsi olmayan dərəcədə soyqırımılar törətdilər, eyni vandallıq Qərbi Azərbaycanda bu gün də davam etməkdədir.

Natəvanın heykəlini güllələyən ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri etnosid bu gün Fransada davam etdirilir. "Le Messager” nəşrinin məlumatına görə, dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə "Azərbaycan parkı” yazılan bütün lövhələrin götürülməsini tələb ediblər. Şəhər meri Jozian Leyin də bildirib ki, artıq "Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib. Növbəti vandallığı məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı törətməyə hazırlaşırlar.

Bu vandallığın əsas səbəbi Fransanı əsir alan "erməni sevgisi”dir. Bunu Evian-le Ba şəhər merinin müavini Jan-Pyer Amadio da təsdiqləyib. Xurşidbanu Natəvanın abidəsinin müdafiəsinə qalxan Jan-Pyer Amadio bildirir ki, o, azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib.

"Əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi aradan qaldırıb bu körpüləri dağıtmalıyıq?”, - Amadio deyib.

Göründüyü kimi, ermənilər Azərbaycana qarşı törətdiyi mədəni soyqırımı Fransada da davam etdirir. Və təbii ki, bu vandalizmin arxasında digər səbəblər də var.

Birincisi, Fransada son vaxtlar hökm sürən şovinizm, ksenefobiya və digər mədəniyyətlərə qarşı dözümsüzlükdür.

Fransa bu siyasəti həm ölkə daxilində, həm də xaricdə həyata keçirir. Ölkə daxilində miqrantlara, xüsusilə müsəlman olanlara qarşı irqçi yanaşma dövlət səviyyəsinə yüksəlib, qeyri-fransız olaraq qəbul etdikləri insanların ənənələrindən tutmuş, həyat tərzinə qədər hər şeyinə müdaxilə edilir. Bu gün Fransada Oksitan və Breton kimi milli azlıqlar mədəni soyqırımı ilə üz-üzə qalıb. Eyni siyasət xaricdə də aparılır, əsasən də Fransanın keçmiş müstəmləkə ölkələrində. Bu kontekstdə "Azərbaycan parkı”na və Natəvanın heykəlinə qarşı irqçi yanaşma təsadüf deyil. Bu, Fransanın gerçək simasıdır.

İkincisi, Fransa hakimiyyətinin Azərbaycana qarşı düşmən mövqeyi mədəniyyətimizi hədəfə çevirib.

Ermənistanın maraqlarını qeyd-şərtsiz dəstəkləyən Makron hakimiyyətinin Azərbaycana qarşı əsassız təzyiq siyasəti yürütdüyü sirr deyil. Hərçənd, rəsmi Bakının milli maraqlara əsaslanan siyasəti Fransanın Cənubi Qafqazda mövqelərinin zəifləməsinə səbəb olub, bununla yanaşı, Afrikada Fransa müstəmləkəsində olmuş xalqlar Azərbaycanı xilas məkanı olaraq görür. Son dövrlər Bakıda təşkil edilən neokolonizmə qarşı beynəlxalq konfranslar və onun iştirakçıları bunun əyani nümunəsidir. Baş verənlər Parisdə qəzəblə qarşılanır və Azərbaycana qarşı ən müxtəlif formalarda nəsə etməyə çalışırlar, hətta azərbaycanlı jurnalistlərin peşə fəaliyyətinin məhdudlaşdırılmasına qədər. Evian-le Ba şəhərində "Azərbaycan parkı” yazılan lövhələrin sökülməsi, Xurşidbanu Natəvanın abidəsinin hədəfə alınması da bu siyasətin davamıdır.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər