Fransa BMT TŞ-də Azərbaycana qarşı qətnamə hazırlayır - Makronun son həmləsi



Fransa BMT Təhlükəsizlik Şurasına Qarabağla bağlı qətnamə təqdim etməyə hazırlaşır. Bunu "Le Figaro” nəşri yazıb. Fransa prezidenti Emmanuel Makron da "Le Point” nəşrinə müsahibəsində "Laçın dəhlizinin” yüklər üçün açılması üçün təzyiqi davam etdirəcəklərini bildirib.

Makronun açıqlaması və Fransa mediasının yaydığı məlumat rəsmi Parisin BMT TŞ-yə qətnamə təqdim etmək istəyi ehtimalını gücləndirir.

Bu ehtimalı gücləndirən məqamlardan biri də BMT TŞ-nin son iclasından sonra Ermənistan və separatçıların açıqlamalarıdır:

- Paşinyan sülh müqaviləsi ilə bağlı Azərbaycana yeni təkliflər göndərdiklərini bildirdi və "humanitar fəlakət” iddialarını davam etdirdi: İrəvanın təkliflərinin Qarabağdakı separatizmin davam etməsinə şərait yaradacaq amillərin olduğu aydındır;
- Erməni mənbələr separatçıların Ağdam marşrutunun açılmasına razı olduğu, bununla bağlı danışmaq istədiklərini yazırdı, lakin qondarma rejimin nümayəndələri Bakıya qarşı ultimatum xarakterli şərtlər irəli sürür: Laçın yolu açıldığı təqdirdə Ağdam marşrutunu müzakirə etmək haqda düşünə bilərlər;

İrəvana və separatçılara ümid verənin Fransa olduğu istisna deyil. O da istisna deyil ki, BMT TŞ-dəki müzakirələrdən sonra Makron administrasiyası ermənilərə "narahat olmamaları” və qətnamə hazırladıqlarına dair məlumat göndərib, Makronun "Laçın dəhlizinin açılması üçün təzyiq edilməlidir” sözləri də mesajın açıq şəkildə çatdırılmasına hesablanıb. Fransa Azərbaycan ərazisində separatizmi açıq şəkildə dəstəklədiyini gizlətmir.

Hərçənd, Fransanın mümkün qətnaməsinin qəbul ediləcəyi sual altındadır. Daha öncə də yazmışdıq: BMT TŞ-də hansısa qərarın – qətnamə, bəyanat, hətta mətbuata birgə açıqlama belə iki yolla qəbul edilə bilər, ya konsensus, ya da səs çoxluğu ilə - ən azı 9 səs lazımdır və 5 daimi üzvdən heç biri veto qoymamalıdır;

Bu kontekstdə Fransanın təqdim edə biləcəyi qətnamənin qəbulu çətin görünür.

Birinisi, TŞ-nin 15 üzvü arasında Azərbaycanı dəstəkləyənlər var: son iclasda əksər ölkə neytral mövqe sərgilədi, o cümlədən, Bakının mövqeyi açıq şəkildə müdafiə edildi;

İkincisi, TŞ-nin daimi üzvü Rusiyanın bölgədəki maraqlarına görə veto hüququndan istifadə edəcəyi bəllidir;

Makronun açıqlaması və Fransanın qətnamə cəhdi isə həm maraqlarını nəzərə almayan Bakıya təzyiq, həm də ermənilərə "əlimizdən gələni edirik” mesajının çatdırılması xarakteri daşıyır, çünki rəsmi Parisin separatçıları xilas edə bilməsə belə, İrəvanda Moskvanı əvəzləmək niyyətindədir.

Son xəbərlər

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Bütün xəbərlər