Müxalifət sürprizlə qarşı-qarşıya: kim seçkidə iştirak edəcək? – HƏQİQƏTƏN DƏ…

 

2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) dərc etdiyi təqvim planına əsasən, prezidentliyə namizəd olmaq istəyən şəxslər 2023-cü ilin dekabrın 19-dan, 2024-cü il yanvarın 8-i axşam saat 18:00-dək namizədliyin qeydə alınması ilə bağlı seçki sənədlərini MSK-ya təqdim etməlidirlər.

Prezidentliyə namizədlərin seçkiqabağı təşviqatlarını aparmaları üçün 22 gün ayrılıb. MSK-nın məlumatına görə namizədlərin təşviqat kampaniyası 2024-cü il yanvarın 15-dən fevralın 6-na qədər davam edəcək.

Azərbaycanda sonuncu prezident seçkiləri 2018-ci il aprel ayının 11-də keçirilib və növbəti seçkilər 2025-ci ilin aprelində keçirilməli idi. Göründüyü kimi, seçkilər bir ildən bir az artıq müddətə geri çəkilib.

Siyasi gündəmi məşğul edən əsas mövzulardan biri də seçkilərdə hansı siyasi partiyaların iştirak edəcəyi ilə bağlıdır. Bəzi partiyalar, o cümlədən Yeni Azərbaycan Partiyası (YAP) artıq öz namizədini açıqlayıb. YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov hakim partiyanın prezidentliyə namizədinin İlham Əliyev olacağını bildirib.

2024-cü il seçkilərində hansı partiyalar iştirak edəcək? AYNA bir neçə siyasi partiyanın mövqeyini öytənib.

YAP-çı deputat Elman Nəsirov hakim partiyanın seçkilərdə qələbə qazanacağına şübhə etmir: "Məlumdur ki, ötən dövr ərzində cənab Prezident İlham Əliyev tarixdə görünməmiş uğurlara imza atdı. 44 günlük Vətən müharibəsi zamanı 30 ildir düşmən tapdağında olan torpaqlarımız azad edildi. Lokal antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. Bu gün İlham Əliyevin reytinqi ən yüksək səviyyədədir. Xalqımız İlham Əliyevə xilaskar lider, torpaqları işğaldan azad edən müzəffər Prezident kimi baxır. Müharibə dövründə və ondan sonra bütün dünya gördü ki, Azərbaycanda Prezident-xalq həmrəyliyi ən yüksək səviyyədədir. Təbii ki, seçkilərin favoriti İlham Əliyevdir. Əminəm ki, 2024-cü ilin prezident seçkiləri də tam demokratik şəraitdə keçiriləcək və İlham Əliyev qələbə qazanacaq. Azərbaycan oturuşmuş seçki ənənəsi olan, demokratik dəyərlərə sadiq bir ölkədir və hər dəfə olduğu kimi, bu dəfə də seçkilər xalqın iradəsini ifadə edəcək. Birmənalı proqnoz ondan ibarətdir ki, seçkilərin qalibi İlham Əliyev olacaq”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə qarşıdan seçkilərə nikbin yanaşmır: "Ölkədə bir qayda olaraq azad və ədalətli seçkilər keçirilmir. Seçki qanunvericiliyinin demokratik standartlara cavab verməməsi, seçki komissiyalarının iqtidarın nəzarəti altında olması, seçki kampaniyası dövründə iddiaçı tərəflərin bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməməsi, səsvermə və səslərin sayılması prosesinin kobud qanun pozuntuları və kütləvi saxtakarlıqla müşayiət olunması, son illərdə siyasi hakimiyyətin növbədənkənar seçkilər təcrübəsindən geniş istifadə etməsi, cəmiyyəti hazırlıqsız yaxalaması normal seçki mühitini mümkünsüz edir. Bu səbəbdən cəmiyyətdə seçkilərə inam yoxdur. Seçki kampaniyasının tətillərin çox, günlərin qısa, havanın soyuq dövrünə düşməsi əhalinin seçki prosesində aktivliyinin azalmasına səbəb olacaq. Bu da öz növbəsində seçkini formal bir seçki təşkil etməyə çalışan iqtidarın maraqlarına uyğundur. Müsavat Partiyası seçkilərdə iştirakla bağlı fəal müzakirələr aparır. Hazırda müzakirələr davam edir. Cəmiyyətin mövqeyini öyrənir, sorğular keçiririk. Yekun qərar bundan sonra veriləcək”.

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov da seçkilərdə iştirakla bağlı yekun qərar vermədiklərini deyib: "Partiyanın Siyasi Komitəsində bununla bağlı müəyyən fikir ayrılıqları mövcuddur. Partiyanın rəhbərliyində təmsil olunan bəzi dostlarımız seçkilərdə iştirakı labüd saysalar da, əks qənaətdə olanlar, əsas diqqətin parlament seçkilərinə yönəldilməsinin tərəfdarı olanlar da var. Yaxın günlərdə Siyasi Komitə yenidən toplaşacaq və seçkilərdə iştirakla bağlı yekun qərar verəcək”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa seçkilərdə iştirak edəcəklərini bildirib: "Təbii ki, seçkilərdə iştirak edəcəyik. Ümumiyyətlə BQP olaraq bütün seçkilərdə fəal iştirak edirik. Bu seçkilər də istisna olmayacaq. Seçki prosesinin təşkilində, müşahidəçi, seçki komissiyalarının üzvləri kimi, eləcə də təbliğat prosesində aktiv rol alacağıq. Konkret namizədlə iştiraka gəldikdə isə, bu barədə qəti qərarımız yoxdur. Məsələ partiyamızın səlahiyyətli qurumu tərəfindən müzakirə olunacaq və ictimaiyyətə elan ediləcək”.

 

Son xəbərlər

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Bütün xəbərlər