Qərbi Azərbaycan Xronikası: Naxçıvandakı Qərbi azərbaycanlılar vətənə qayıtmaq ümidi ilə yaşayırlar - VİDEO


Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova olub. O, vaxtilə valideynlərinin didərgin düşdüyü Qərbi Azərbaycanın Dərələyəz mahalından, o cümlədən Qovuşuq və Ələyəz kəndlərinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən danışıb. Uşaq vaxtı qonaq olduğu bu kəndlərdə yaşadıqlarını dilə gətirib, xatirələrini bölüşüb, yaşlı və orta nəsil nümayəndələrinin kəndlə bağlı söylədiklərini diqqətə çatdırıb.

"Mənim üçün Qərbi Azərbaycan Vətəndir, yurddur, nisgildir, həsrətdir”, - deyən M.Hüseynova tarixən ermənilərin maddi-mədəni irsimizə qarşı törətdiyi, soydaşlarımıza qarşı həyata keçirdiyi vandalizm aktlarından da geniş söhbət açıb. Bildirib ki, ermənilər yaşayış məntəqələrimizdəki qoç heykəllərin, qəbirüstü abidələrin üzərinə xaç işarəsi çəkib, alban kilsələrini özününküləşdirməyə çalışıblar. Qeyd edib ki, ötən əsrin müxtəlif illərində ermənilər Dərələyəzdən azərbaycanlıları sıxışdırıb çıxarıb, onlara məxsus evlərdə xaricdən gətirilən hayları məskunlaşdırıblar. O, ötən əsrin əvvəlində erməni-daşnak silahlı quldur dəstələrinin 199 kəndi yer üzündən sildiyini, həmçinin yeddi yaşlı uşağı ot tayasında diri-diri yandırmaq, əri arvadının gözləri önündə öldürüb doğramaq, evləri talan edib yandırmaq kimi vəhşiliklər törətdiklərini dilə gətirib.

Yaradıcılığından söhbət açan M.Hüseynova deyib ki, şeirlərinin böyük bir hissəsi Dərələyəzlə bağlıdır. O, ruhundan süzülən sətirlərin Vətən həsrəti olduğunu vurğulayıb. Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışan professor qeyd edib ki, soydaşlarımız öz tarixi torpaqlarına, ata-baba yurdlarına mütləq qayıdacaqlar. Onun sözlərinə görə, bunun üçün hazırda əsas işlərdən biri Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır.

Bu yaxınlarda Naxçıvanda keçirilən "Qərbi Azərbaycana qayıdış” festival-konqresinin əhəmiyyətinə toxunan M.Hüseynova muxtar respublikadakı Qərbi azərbaycanlıların da Vətənə qayıtmaq ümidi ilə yaşadıqlarını diqqətə çatdırıb. O, vaxtilə Naxçıvanda məskunlaşan soydaşlarımızla keçirdiyi görüşləri, onların Qərbi Azərbaycana dair xatirələrini dilə gətirib. Bildirib ki, Naxçıvanı o zaman tərk edən ermənilər ağacların dibinə neft töküb, evləri yandırıblar ki, onlardan sonra kimsə bu ərazilərdə yaşamasın. Lakin Dərələyəzdən deportasiya olunaraq Naxçıvanda məskunlaşan soydaşlarımız o kəndləri yenidən abadlaşdırıblar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər