GDU-da 23 ildir ki,dekan işləyən saxta veteran və saxta alimi Rektor niyə himayə edir?-Şikayət

 

Turantv.az:- Tələbələrin təbirincə desək, "Gəncəbazar Universiteti”ndən yenə də səslər gəlməyə başlayıb. Bu səslərdə ah-nalə də var, qarğış da. Təbii ki, qarğışların ünvanı bəllidir. Bu adı Dövlət, özü isə bazara çevrilmiş Universitetin hələlik hazırkı rektoru Yusif Yusifovdur.

Yusif müəllim çox mərhəmətli insandır, alim adamdır, əlbət bir şey bilir kii, ancaq özünə sadiq adamların- başda katibəsi və köməkçisi olmaqla özünün təyin etdiyi kafedra müdirlərinin və dekanların maaşlarında artım edir. Bu artımın Universitetin professor-müəllim heyətinə heç bir aidiyyatı yoxdur və ola da bilməz.

Məsələn, tarix-coğrafiya fakültəsinin dekanı olan Urfan Həsənov  maaşı nədən artmasın? Kimdir Urfan Həsənov?

Gəncə Dövlət Universitetinin ən nüfuzlu fakültələrindən biri də Tarix-coğrafiya fakültəsidir. Bu fakültənin dekanı Urfan Həsənov Saxta veteran kitabçası aldığı kimi, saxta elmlər namizədi, saxta dosent olub və bu gün saxtakarlıqla məşğul olur. Özü kimi saxta adamları da yığıb başına fakültəni alt – üst edirlər.Çox maraqlıdır, saxta veteran və saxta diplomlu müəllim universitetdə necə işləyir? Bu saxtakarların arxasında duran kimdir?

Bu sualların cavabını ictimaiyyətə açıqlamaq lazımdır. Saxta veteranın arxasında Müdafiə Nazirliyi, saxta diplomlu müəllimin isə Təhsil Nazirliyimi durur? Ölkənin müharibə şəraitində olduğunu nəzərə alsaq belə saxta veteran necə oldu ki, bu statusa malik oldu? Tələbimiz bundan ibarətdir ki, vaxtilə saxta veteran məsələsi üstündə cinayət işi qaldırılmış və sonradan bu işi ört basdır etmişlər.Kobudluğu və elm adamına, müəllim adına yaraşmayan hərəkətləri ilə ad çıxarmış bu dekan əlbəttə ki yaxşı yaşamalıdır. Ona görə ki, Urfan müəllimin fəaliyyəti nəticəsində Yusif müəllimin xəzinəsi günü-gündən varlanır. Bu yaxınlarda dərs prosesində tələblərin davamiyyətini yoxlayan Urfan müəllim dərsə gəlməyən 2 tələbənin niyə gəlmədiyini soruşanda tələblərdən biri durub deyir ki, bəs onlar "aylığa” buraxılıblar. Urfan müəllim də nətəər əsəbiləşibsə tələbəni aparıb dekanlıqda iki saat elmi şəkildə, mədəni surətdə hər yerdə belə söhbəti açmamaq haqqında mühazirə oxuyub. Tələbənin uzun vaxt ərzində gəlmədiyini görən yoldaşları da narahat olublar. Amma ki, Urfan müəllimijn qayğısı nəticəsində dekanlığa tələbə kimi daxil olan adam oradan əsil alim kimi də çıxıb. Bəs nə? Kişi elmi biliklər xəzinəsidir. Və bu biliyini də tələbəyə ötürməkdə xüsusi məharət sahibidir. Biz bu sirri açdıq. Yəqin ki, Yusif müəllim bunu nəzərə alacaq, yaxın vaxtlarda Urfan müəllimin təltif olunmasına nail olacaq. Nədən olmasın axı?

Tikintidən başqa bir şey görməyən, pedaqoji işlə əlaqəsi olmayan adam Əməkdar müəllim ola bilər, Urfan müəllim yox?
Amma onu da deyək ki, bu Universitet tələbələrindən naşükür olan, nankor uşaqlar da var. İstedadını düz-əməlli qiymətləndirməyən bu nankorlardan biri bizim Mirzə Qədimlə dostlaşıb və necə deyərlər, onun təsiri altına düşüb. Götürüb belə bir şeir yazıb:
Sənə qurban olum, ay Yusif müəllim,
Mənim də ürəyim aylıq istəyir.
Arada sən deynən Urfan müəllimə,
Mən desəm, özünə paylıq istəyir.

Elə ki hirslənir, qalıram yalqız,
Kimi səsləyirsə deyir ki, "ay qız”.
Bizim qrupdakı o şəhlagöz qız,
Məni ağlamağa yaylıq istəyir.

Bu şeir də indi gəlib çıxıb bizim redaksiyaya. Mirzə Qədim də eləmə tənbəllik, şeiri tez ötürüb Aşıq Nüsrətə ki, bunu bir yaxşı havacat üstə oxu, qoyaq Tik-toka. Hələ ki, bu vəziyyət beləcə müəmmalı qalıb. Urfan müəllim orada, Aşıq Nüsrət burada. Orda Urfan müəllimin bazarı işləyir, Yusif müəllimin "vergiləri” ödənir, burda Aşıq Nüsrətin başı dominodan ayılmır ki, bir əməlli-başlı hava tapıb oxusun.
İnşallah, məsələ həllini tapandan sonra yəqin ki, ətraflı məlumatı yenə də bizdən alacaqsınız.(aktualxeber.az)

Son xəbərlər

Araik Azərbaycan vətəndaşlığı istədi - Şok ifadə

Türkiyədə mühüm TOPLANTI: Ermənistana çağırış edildi

İcra Hakimiyyəti 2 il əvvəl istifadəyə verilən məktəbin tikintisinə indi icazə verir?

“Ağ Göl” Milli Parkından qanunsuz tutulan balıqlar Beyləqan, İmişli. Füzuli bazarlarında satılır – İDDİA

Masallıda Ana Təbiətin ANASINI AĞLADIRLAR… – AXI NİYƏ?

Uşaq peyvəndləri ölkəmizə Hindistandan gətirilir? - RƏSMİ AÇIQLAMA

Qaraheybətdə helikopter qəzasından 2 il ötür

Sabahla bağlı CİDDİ XƏBƏRDARLIQ – Bu şəxslər…

“İnsanlar bölgələrdə iş tapa bilmir və paytaxta axın edirlər” – FAKT BUDUR!

Güclü külək İstanbula ciddi ziyan vurdu: Ölən var

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri İSTEFA VERDİ

Möhbalıyev “həmkarlara” ayrılan vəsaitin artırılmasını istədi – Putyovkalar 30 faiz bahalaşdı

Kamaləddin Heydərovun qohumu Ağdaşı belə məhv edir

Qazaxın icra başçısı yeni naziri “ağzından süd iyi gələn uşaq” adlandırıb?

Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞINALIQ: Direktor iki ildə NECƏ VARLANIB? – ŞOK FAKTLAR

Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA/VİDEO

Yeni ildə qiymətlər bahalaşacaq? - Komitə sədrindən PROQNOZ

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı: “Hər gün eyni vaxtda qəbul edilməzsə…”

MTK-ların kommunal ödəniş fırıldağı - VİDEO

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - VİDEO

Ukraynada müharibə bu tarixdə bitə bilər - YENİ PROQNOZ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

Bakıda bu evlər də BAHALAŞDI - VİDEO

Havanın temperaturu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənilər Qüdsdə bu ərazini zəbt etdilər: Qədim erməni torpağıdır

Məktəbdə şagirdin özünə xəsarət yetirdiyi üzə çıxıb

Məktəbdə şagirdin özünə xəsarət yetirdiyi üzə çıxıb

Mingəçevir səhiyyəsi dizini yerə qoyub…-Narazılıq

Tovuzda TENDER OYUNBAZLIĞI…BAŞÇININ qaranlıq məqsədi-İLGİNC FAKTLAR

“Bələdiyyə qədər lazımsız qurum varmı?” – Vətəndaş narazıdır // FOTO

Xətai icra hakimiyyətində korrupsiya piramidası – İntiqam Cümşüdov bu sistemin harasında yer alır?

“Bu qədər yanğın hadisələrindən sonra tədbir görülməməsi…” – Heydərova ittiham

25 Noyabr - Kəlbəcər Şəhəri Günüdür

Bütün xəbərlər