Bakı Slavyan Universitetinin keçmişi və indisi… – Kimdir günahkar: Nurlana Əliyeva yoxsa Kamal Abdulla…

 

 

Mən pulların çoxunu rektora vermişəm….
İki ilə yaxındır ki, Bakı  Slavyan Universitetinin ( BSU ) sabiq şöbə müdiri ilə bağlı istintaq və məhkəmə işi davam edir. İki gün öncə Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İttiham aktında göstərilib: BSU-nun sabiq şöbə müdiri 123 tələbədən 226 min manat rüşvət alıb.
Təsəvvür edirsiniz, söhbət yüz minlərlə  rüşvətdən gedir. Və Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan olunub. İttihama görə, Dürdanə Əliyeva Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri olan zaman 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 226 min manat pul alıb. Dürdanə Əliyeva məhkəmədə bildirib ki, qoy şahidlər dindirilsin, sonra mən ifadə verəcəm.
Qısa məlumat üçün qeyd edək ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) Əlavə və Qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb. Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. İki ilə yaxındır ki, davam edən istintaq və məhkəmə prosesində Dürdanə Əliyeva tələb edir ki, BSU-nun o zamankı rektoru Nurlanə Əliyeva istintaqa gəlsin və izahat versin. Dürdanə Əliyeva onu da bildirib ki, mən aldığım pulları rektor Nurlana Əliyeva ilə bölmüşəm, pulun çoxunu rektora vermişəm. Dürdanə Əliyeva hətta təkcə rektorun deyil, həm də BSU-nun mühasibinin də məhkəməyə çağırılmasını tələb edir.  Amma… Əmması odur ki, bir ildən artıq müddətdə sabiq rektor Nurlana Əliyevanı məhkəməyə gətirmək mümkün olmadı. Gah yazdılar ki, o, ölkədən qaçıb, gah yazdılar kui, xaricdə müalicə olunur və s.. Sözün qısası, Azərbaycan məhkəmə-hüquq sistemi adi bir rektoru  məhkəmə prosesinə  gətirə bilmirdi. Axırda medianın təzyiqlərindən sonra  MƏCBURİ QAYDADA məhkəməyə gətirilən BSU-nun sabiq rektoru Nurlana Əliyeva qəribə açıqlama verdi. O bildirib ki, rektor olduğu vaxtda Universitetin Səfirlikərlə güclü əlaqələri olub: "Təmir zamanı universitetin muzeyi quruldu. Kembric və Oksford universitetləri ilə əlaqələr qurulub. 1 kompüteri olmayan universitetdə mənim dövrümdə bütün auditoriyalar kompüterlərlə təmin olundu.
Mən haqqımda səsləndirilən ittihamlarla razı deyiləm. Mən heç vaxt Universitetin büdcəsinə əl atmamışam. Mən Dürdanə Əliyevanı tanımıram. Ödənişli əsaslarla təhsil alan bütün tələbələr təhsil haqqını verirdilər. Təhsil haqqı bir başa sistemə oturdulurdu. Nağd şəklində dekana pulun ödənilməsi faktı ilə qəti razı deyiləm. Mənim dövrümdə tələbə qəbulu artmağa başlayıb. Ola bilməz ki, bizdə tələbə təhsil haqqını ödəməməyə görə Universitetdən qovulsun. Tələbələrin təhsil haqlarını ödəyib-ödəməməsi ilə bağlı məlumatı dekan və mühasibatlıq şöbəsi bilirdi. Məhz mənim dövrümdə pandemiya səbəbindən 826 tələbə dövlət imtahanından, təcrübə qiymətlərindən azad olundu. 5 tələbə akademik borcdan azad olundu. Dürdanə Əliyeva ilə aramda hər hansı bir pul razılaşması olmayıb. Mən Universitetdən çıxana qədər 5 min tələbə təhsil alırdı. 200-ə qədər isə əlavə qiyabi təhsil alan tələbə var idi”. Rektor sonra deyib ki, mən rektor olanda YAP-çıların sayı Universitetdə 2 dəfə artıb. Bu adam-rektordan soruşan yoxdur ki, BSU-da YAP-çıların sayı artıb, yaxud azalıb, bunun məsələyə nə dəxli var..? Yaxud rektor deyir ki, BSU-nun xarici səfirliklərlə güclü əlaqələri olub… Ay, Ramiz Mehdiyevin, Fatma Abdullazadənin qoyduğu rektor…. BSU-nun dekanı deyir ki, aldığı pulların çoxunu sənə verib…sən bu barədə danış…
Sözün qısası, komediya davam edir… dekan bir söz deyir, rektor isə özünü lallığa qoyub…

Bəli, Nurlana Əliyevanın həyat yoldaşı Prezident Adminstrasiyasında işləyəndə, onun haqqında ancaq biz tənqidi material dərc edə bilirdik, başqaları nədənsə Nurlana Əliyevanı hey tərifləyərdilər.
Hörmətli Nurlana Əliyeva, rektor olduqdan sonra, nədənsə birdən-birə Təhsil naziri olmaq fikrinə düşdü. Amma ola bilmədi… İndi isə, Elm və Təhsil Naziri olmaq üçün qızğın mübarizə gedir. Bu mübarizədə bir neçə şəxsin adı hallansa da, əsas fiqur kimi, Xarici Dillər Universitetinin rektoru Kamal Abdullanın adı çəkilir. O Kamal Abdulla ki, Bakı Slavyan Universitetində baş vermiş cinayət hadisəsinin kökünün onun dövrünə təsadüf etdiyi bildirilir. Amma nədənsə Kamal Abdullanın bu işdə adı çəkilmir. Mövzunun ciddiliyini nəzərə alaraq, həmin dövrdə Kamal Abdulla ilə çiyin-çiyinə işləmiş, çox hörmətli professorun müsahibəsinə hazırlanmış geniş məqaləni növbəti yazımızda dərc edəcəyik. Gündəlik Bakı

Son xəbərlər

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Bütün xəbərlər