Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI


Azərbaycan və Ermənistan arasında Qazaxın anklav olmayan 4 kəndinin qaytarılması ilə bağlı razılıq əldə edilib. Sərhədin delimitasiyası üzrə komissiyaların aprelin 19-da keçirilən 8-ci görüşündə əldə edilən razılaşmaya görə, Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli Azərbaycana qaytarılır və Ermənistanla sərhədin müəyyənləşməsinə bu bölgədən başlanılır.

Qazaxın işğal altında olan 7 kəndi və Sədərəyin Kərki kəndinin qaytarılması məsələsi hələ 2020-ci ilin 10 noyabrında Ermənistan kapitulyasiya imzalayan zaman gündəmə gəlmişdi. Məlumatlara görə, Prezident İlham Əliyev bu kəndlərin qaytarılmasını əsas şərt kimi irəli sürmüş, hətta razılaşmaya daxil edilməsini tələb etmişdi. O dövrün siyasi şərtlərinə görə kəndlərin qaytarılması ilə bağlı Ermənistan şifahi öhdəlik götürdü. Sonrakı dövrdə rəsmi İrəvan zaman-zaman öhdəliyindən yayınmağa çalışsa da, Prezident İlham Əliyevin strateji addımları kəndlərlə bağlı 19 aprel razılaşmasını ortaya çıxardı. 44 günlük müharibədən sonra baş verənləri xatırlayanda, prosesin məntiqi sonluğu belə olmalı idi.

Azərbaycan lideri 44 günlük müharibədən sonra iki strateji istiqamətdə addımlar atıb.

Birincisi, Ermənistanla sərhədi de-fakto nəzarətə götürmək və Qarabağı daxili məsələmizə çevirmək;
İkincisi, Qarabağı separatçıların tör-töküntüsündən təmizləmək və suvenliyimizi bərpa etmək;

2020-ci ilin 10 noyabr tarixindən 2023-cü ilin 20 sentyabr tarixinə qədərki dövrdə hər iki strategiya uğurla nəticələndi: sərhədlərimizn bərpası prosesi praktiki müstəvidə başa çatdı, Laçın dəhlizi ləğv edildi və sərhəd-keçid məntəqəsi quruldu; Qarabağda qalan separatçı tör-töküntülərə təslim olmaq təklif edilsə də, bundan imtina etmələri və təxribatlar törətmələri 2023-cü ilin 20 sentyabr tarixində anti-terror əməliyyatının keçirilməsini qaçılmaz etdi; cəmi 24 saatlıq əməliyyatla Qarabağdakı separatizm təmizləndi, suverenliyimiz bərpa olundu.

Bundan sonra kəndlərin azad edilməsi məsələsi geniş aktuallıq qazandı. Ermənistan işğal altında qala 8 kəndin – Qazaxın 7 kəndi (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) və Sədərəyin Kərki kəndinin qaytarılması ilə bağlı öhdəliyindən yayınmaq üçün müxtəlif bəhanələr irəli sürür, xüsusilə anklavların təhvil verilməsi prosesindəki çətinliklərə istinad edirdi.

Rəsmi Bakı bu prosesi asanlaşdırmaq məqsədilə işğal altındakı kəndlərin qaytarılması üçün "mərhələli həll” variantını irəli sürdü.

Birinci mərhələdə anklav olmayan 4 kənd –Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli qaytarılır;
İkinci mərhələdə Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri müzakirə olunur;

Prezident İlham Əliyev anklav olmayan 4 kəndin qeyd-şərtsiz qaytarılması tələbindən çıxış etdi və bu məsələni həm də Ermənistanın arxalandığı Qərb platformasında gündəmə gətirərək, haqlı mövqeyimizi qəbul etdirdi. Bütün bunların fonunda Əliyevin strateji addımları nəticəsində bölgədə yaranmış şərait Ermənistanı seçim qarşısında qoyurdu: ya rəsmi Bakının 4 kəndin dərhal azad edilməsi tələbini yerinə yetirməli və sülh sazişinə doğru addım atmalı, ya da sülh sazişini sual altına salaraq, bölgədə dövlət kimi varlığını da riskə atmalı idi.

Azərbaycan siyasi strategiya ilə Ermənistanı kəndlərin qaytarılması reallığı ilə barışmağa məcbur etdi və 19 apreldə imzalanan razılaşma ilə prosesə start verildi. Anklavlar məsələsi sonrakı mərhələdə müzakirə olunacaq. 4 kəndin qaytarılması razılaşması isə delimitasiya istiqamətində ilk praktiki adımdır. Prosesin məhz bu istiqamətdə başlanması da Azərbaycanın təkifi ilə baş tutub və məqsəd təbii ki, işğal altındakı kəndlərin qaytarılmasına nail olmaq idi. Və burada ən önəmli məqam kəndlərimizin bir güllə belə atılmadan, qan tökülmədən azad edilməsidir. Prezident İlham Əliyev qələbə stategiyası ilə buna da nail oldu. Azərbaycan lideri son dörd ildə bu ölkəyə, bu xalqa tarixi qələbələr yaşadıb:

- 44 günlük müharibədə torpaqlarımızdakı işğala son qoyuldu və 250 illik tariximizdə xilas ola bilmədiyimiz "məğlubiyyət sindromu” sındırıldı;
- 20 sentyabr 2023-cü il tarixində 24 saatlıq əməliyyatla suverenliyimiz tam bərpa olundu;
- Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları çıxdı;
- Və budur, 4 kəndin qaytarılması ilə növbəti qələbəmiz rəsmiləşdi;

Prezident İlham Əliyev tariximizdə ərazi itkisi ilə üzləşdiyimiz ədalətsizlikləri bir-bir aradan qaldırır, torpaqlarımızı qarış-qarış toplayır.

4 kəndin qaytarılması ilə bağlı razılaşma üç mühüm amili də ön plana çıxardı.

Birincisi, Fransa başqa olmaqla müxtəlif Qərb ölkələri ifşa oldu: bu ölkələr Azərbaycanın Ermənistana hücum etməyə hazırlaşdığını iddia edir və bu məsələ üzərindən bölgəyə müdaxilə etməyə çalışırdılar; rəsmi Bakı ABŞ və Avropa İttifaqının bu məsələlərə və onlar üzərindən bölgəyə müdaxiləsinə imkan vermədi;

İkincisi, Bakı-İrəvan xəttində münasibətlərin normallaşması, problemlərin həll edilməsi və sülh sazişinin imzalanması üçün ən effektiv yolun ikitərəfi format olduğu bir daha əyani şəkildə isbatlandı: Azərbaycan və Ermənistan sərhədin bu istiqamətində delimitasiya prosesinin həyata keçirilməsinə razılaşdı və buna müzakirə yolu ilə nail oldular;

Üçüncüsü, Cənubi Qafqazda sülün qısa müddətdə təmin olunması üçüncü tərəflərin, xüsusilə Qərb dövlətlərinin və neoimperialist qüvvələrin proseslərdən uzaq durmasından asılıdır.

Bu reallıq fonunda bir gerçək də aydın görünür: delimitasiya və 4 kəndin qaytarılması razılaşması Azərbaycan xalqına növbəti qələbə yaşadan Prezdent İlham Əliyev Cənubi Qafqazda da sülh dövrünün təməllərini atır, sabitlik hədəfinə çatmağın "yol xəritəsini” təqdim edir.

Son xəbərlər

Gürcüstan DİN etirazçılara XƏBƏRDARLIQ ETDİ

Tehran Şəhər Şurası Rəisi və Abdullahianla bağlı QƏRAR VERDİ

Mahir Emreli Azərbaycana qayıdır?

Makron Fransanın Fələstini nə vaxt tanıyacağını AÇIQLADI

İlham Əliyev bütün ölkələri planeti xilas etmək naminə həmrəylik nümayiş etdirməyə ÇAĞIRDI

Azərbaycanda Müstəqillik Günüdür

Günəşdə ən yüksək səviyyədə PARTLAYIŞ

Qazaxın azad edilən 4 kəndində bərpa işlərinə başlanılacaq

Azərbaycanda saatlıq əməkhaqqına keçidlə bağlı AÇIQLAMA

Sabah bu rayonun 4 kəndi QAZSIZ QALACAQ

Azərbaycanlılarla ermənilər yanaşı yaşaya biləcəklər?

Cəlilabadda kiberdələduzluq və bank kartlarından oğurluq hallarına qarşı tədbirlər təşkil olunub – FOTOLAR

Məktəb direktoru müəlliməyə qoyun dedi – Müəllimin üstünə təcili yardım gəldi

Ağlar günə QOYULAN SƏHİYYƏMİZ… – AXI NİYƏ?

Gömrük sistemində BAĞIROVŞİNA… – BELƏ DAVAM EDƏRSƏ…

Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar

Bu şəxslər pulsuz sanatoriya-kurorta göndəriləcək (VİDEO)

"Neftçi" ona uğursuzluq gətirən baş məşqçini qovdu

ŞOK HADİSƏ: Bakıda şadlıq sarayında müğənni qarət olundu- 3200 MANAT...

Əfv sərəncamı bu cəzaçəkmə müəssisələrində icra olundu - YENİLƏNDİ

Rəisinin həyat yoldaşı prezidentliyə namizəd olur?

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edildi

Kamaləddin Qafarov: “İkitərəfli əlaqələr ölkələrimizin milli maraqlarına uyğundur”

Bu mərkəzə Rəisinin adı verildi

Ermənistan-Gürcüstan avtomobil yolu bağlandı

Dilindən MTN tələsinə düşən “lal deputat” Ağalar Vəliyevin “Kristal Abşeron”u və qalmaqallı tarixçəsi

Tariyel Əkbərovun uğursuz reklam siyasəti – Müəllimlərdən on manat yığılması tapşırılıb

Bütün sənədsiz evlərə çıxarış veriləcək? – “Heç bir ailə öz evindən qovulmayacaq, ancaq….”

Pensiya yaşından əvvəl pensiyaya çıxmaq mümkündürmü? – Mühüm açıqlama

“Eurolux”un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb? – 500 minlik oğurluq işi…

Bu şəxslərə mənzil kirayəsi üçün PUL ÖDƏNİLƏCƏK

DİM-ə şikayət edən şagird haqlı çıxdı - Ölkə birincisi oldu

Azərbaycanda şəkər dərmanları yoxa çıxıb: Komitə üzvü “xəbərimiz yoxdur” deyir

Bütün xəbərlər