Bu Universitet Yusif Yusubovdan canını nə vaxt qurtaracaq? Qardaşına arxalanan REKTOR GDU-da “at oynadır”-Şikayət

 

Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti MALİYYƏ NAZİRLİYİNİN APARAT RƏHBƏRİ CAVANŞİR YUSİFOVA MÜRACİƏt edib.

Bir  surəti də Turantvtv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:
Hörmətli Cavanşir müəllim. Bir az qəribə səslənsə də biz Sizə müraciət etmək qərarına gəldik. Çünki, Gəncə Dövlət Universitetində olan özbaşınalıqlarla bağlı Təhsil Naziri Emin Əmrullayevə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, Gəncə şəhər Prokuroru Azad Qarayevə dəfələrlə şikayət etsək də, Sizin hesabınıza heç bir tədbir görülmür. Əksinə qardaşınız Yusif Yusifov dəfələrlə bildirib ki, şəhər prokuroru rüşvətxor adamdır, hər dəfə çağıranda mənim 5000 manatımı alır.

Cənab Prezidentə etdiyimiz şikayətlər isə Sizin çetenizin hesabına gedib ona çatmır.
Ona görə də, qardaşınızı hər vəchlə müdafiə etdiyiniz  üçün biz -Gəncə Dövlət Universitetinin müəllimləri Sizə müraciət etmək qərarına gəldik. Ən azından müdafiə  etdiyiniz şəxsi başa sala və düzgün yol göstərə bilərsiniz. Bir daha xatırladırıq ki,  biz dəfələrlə kütləvi informasiya vasitələrində etirazımızı bildirmişik. Dəfələrlə müxtəlif orqanlara şikayət etmişik. Dəfələrlə özünə demişik. Respublikada ən aşağı maaş Gəncə Dövlət Universitetindədir. Buranın müəllimləri 350-400 manat arası maaş alırlar.  Universitetin elmi dərəcəyə malik dosentlərinin maaşı 710 manat təşkil edir. Halbuki, digər universitetlərdə bu maaş dəfələrlə yüksəkdir.
Cavanşir müəllim, Siz maliyyə sistemində işləyirsiz. İndiki bahalıq şəraitində  bu  maaşla  dolanmaq  qeyri-mümkündür. Universitetin büdcəsi müxtəlif  adlar  altında  Sizin  qardaşınız  və  onun  rüşvətxor  dəstəsi  tərəfindən talan olunur. Barı  Siz  onu başa salın. Ayıb deyilmi, bu adam müəllimlərin, eləcə də  işçilərin  maaşını  niyə  qaldırmır??? Laborant  heyəti 270-300 manat maaş alır.
Hamı, bütün şəhər danışır ki, GDU-dakı bu maliyyə yeyintilərini, korrupsiyanı  Cavanşir  Yusifov  və Azər Bayramov  ört-basdır edir. Artıq kollektiv Sizin qardaşınıza qarşı inqilab ərəfəsindədir. Ayıbdır, tamahını bir az azaltsın, bütün kollektiv ona söyür.
Siz onun qardaşısız, başa salın, maaşları qaldırsın, nə vaxtadək universitetin pullarını  saxladığı  müəllim məşuqəsinə  xərcləyəcək??? Hal-hazırda Avtozavodda həm özünə,   həm də bu xanıma ev tikdirir.
Bu qədər universitetin pullarını talayır, ikimərtəbəli bir tədris binasının təmirinə 3 milyon manata kimi vəsait ayırıblar. Halbuki bu bina var, kosmetik təmir edib pulları da yeyirlər. Bunlar bəs etmir, indi də Gəncə  Dövlət Universitetinin Bayraq meydanı yaxınlığında yerləşən 2-ci korpusunun həyətində qeyri-qanuni olaraq kafe tikilir. Bu  kafe  həm  tədris  korpusunun  möhtəşəm  görüntüsünə  pis təsir göstərir, həm də  auditoriyanın  qarşısını tutur.  Professor-müəllim heyətinin haqlı  narazılığından sonra  Gəncə Şəhər İcra Hakimiyyəti bu kafenin sökülməsinə göstəriş verdi. Lakin, gözdən pərdə asmaq üçün azaçıq bir hissəsi söküldü və söküntü dayandırıldı. İndi  isə  həmin kafeni yenidən tikmək istəyirlər.
Vaxtı ilə  bu universitetin kafe  tikilən  ərazisinin  Kontakt Home mağazasına satıldığı üçün universitetin sabiq rektoru Yadiğar Əliyevi vəzifədən azad etmişdilər. İndiki rektor isə  bir qədər də qabağa gedərək, həm həmin ərazinin  bir hissəsini  bu  mağazaya satdı,  indi isə həmin ərazinin bir hissəsində Tədris işləri üzrə prorektor,  tədrisdən başqa hər şeylə məşğul olan Gəncədə "Kafelər kralı” ləqəbinə sahib Şahin Xurşudov kafe tikdirir.
Qardaşı kimi Sizdən xahiş edirik,  onu başa salın, düzgün yol göstərin, hərçənd ki, o bunları anlamır. Biz kollektiv adından imzalı şəkildə cənab Prezidentə teleqrama vurub, buradakı vəziyyəti, habelə Sizin, Mikayıl Cabbarovun, Azər  Bayramovun  onu himayə etdiyini açıq-aşkar bildirəcəyik.
Hələlik, Sizə müraciət  edirik ki,  onu başa salın. Əgər bu barədə onunla danışıb başa salmasaz, onda əlimizdə olan materialları, eləcə də Sizə yazdığımız  məktubun  surətini kütləvi informasiya vasitələrində paylaşacağıq.

Hörmətlə, Gəncə Dövlət bir qrup professor-müəllim heyəti

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Bütün xəbərlər