GDU-nun bitməyən neqativ macəraları - "soros" və erməni təsbiti...

Gəncə Dövlət Universitetinin bir qrup müəllimi adından Azərbaycan Respublikasının prezidenti, Ali baş Komandan İlham Əliyevə, eləcə də Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə şok sayıla biləcək açıq müraciət ünvanlanıb. Müraciət mətninin surəti dərc olunması üçün
"Kanal1.az" saytına da göndərilən ilginc məktub Ali Baş Komandan cənab İLHAM ƏLİYEVin bugünlərdə öz çıxışında Ermənistan baş naziri Nikol Paşinyanı Soros rejiminin məhsulu adlandırmasını xatırlatmaqla başlayır. Digər tərəfdən, Sorosun və onun əlaltılarının respublikamızdan
qovulduğu da bildirilir.

GDU-nun kollektivi adından iddia edilir ki, Sorosun əlaltıları hələ də Gəncə Dövlət Universitetində qalmaqdadır. Misal kimi də vaxtilə Sorosun əlaltılarından biri olan Azərbaycan Xalq Cəbhəsinin üzvü olan Nadir İbadovun da Gəncə Dövlət Uiversitetində elmi işlər üzrə prorektor işləməsi, sonradan Elmar Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olarkən Sorosun adamı kimi adıçəkilənin ifşa edildiyi və dərhal da vəzifəsindən azad edildiyi qeyd edilir. Lakin həmin Sorosla bağlı olan Vasif Həsənov və onun qardaşı Asif Həsənovun hələ də Gəncə Dövlət Univrsitetində at oynatdıqları qınanılır.

Müraciətdə bildirilir ki, Universitetin rektoru Yusif Yusibov universitetdə İnnovasiyalar deportamentini yaratdıqdan sonra məhz Vasif Həsənovu həmin deportamentə direktor təyin edib. Məlumat üçün o da bildirilir ki, bu iki qardaşın nənələri erməni əsillidir.
Ermənilərin Gəncəyə raket atması nəticəsində yaralanan erməni Karina Qriqoryanın bu qardaşların nənəsi olması faktı müraciətdə diqqət çəkir. Ötən illərdə isə Rektorun təqdimatında Prezidenti aldatmaqla elmi dərəcəsi belə olmayan bu şəxsə “Tərəqqi” medalı verilməsi, bu iki qardaşın bütün il boyu layihə adı altında xarici ölkələrdə universitetin pullarını havaya sovurmaları tənqid edilir. İndiyədək layihələr üçün xərclənən pulların isə bir dəfə də olsun hesabatının aparılmaması və heç bir maliyyə sənədlərində qeyd olunmaması faktı önə sürülür.
Asif-Vasif qardaşları hər ay “layihə udmuşuq” adı ilə bir xarici dövlətdə səfərlərdə olmaları və həmin ölkədə Azərbaycan əleyhinə bəzi təbliğatlar aparmaları da bildirilir.

Müraciətdəki digər iddiaya da inansaq, 2019-cu ilin may ayında GDU-da keçirilən beynəlxalq konfransda bu qardaşların dəvətilə konfransa milliyyətcə erməni olan Fransalı qonaqlar da təşrif buyurublar. ”İmperial” şadlıq sarayında keçirilən ziyafətdə zala türk iştirakçıların şərəfinə Türkiyənin də bayraqları gətirilib və bu zaman həmin qonaqlar etiraz əlaməti olaraq məclisi tərk ediblər. Bu fakt özlüyündə Həsənovların hansı məntiqə sahib olan şəxslərlə əlaqələrini ortaya çıxaran haldır.

Növbəti iddiaya görə isə, Həsənov qardaşlarının həyat yoldaşları, bacıları, xalaları belə GDU-da işləyirlər. GDU artıq onlar üçün ailə universitetinə çevrilib. Universitetin dosentləri 500-600 manat həddində maaş aldıqları halda, bu qardaşlara rektor Yusif Yusifovun diqtəsilə qeyri-qanuni maliyyə təlimatlarına uyğun olaraq 2000 manatadək maaş yazılır.

Qardaşları güclü edən həm də onların Gəncənin millət vəkili Naqif Həmzəyevlə də yaxın qohum olmalarıdır.
Səbəblərdən ən önəmlisi isə odur ki, Vasif Həsənov rektorun test imtahanları zamanı da bəzi maxinasiyalara rəhbərlik edir.
İmtahana pul vermiş tələbələrin qiymətləri Vasif Həsənovun xüsusi məharəti ilə düzəlir. Ələddinin sehirli çırağı olduğu kimi, Həsənov Vasifin də həmişə əlində gəzdirdiyi sehirli noutbuku var. İmtahana girən tələbə monitorun önündə düz cavabları tapıb qaralaya bilməsə də, Vasif Həsənovun noutbukdakı sehirli düymələri bu işi yerinə yetirir. Vasif Həsənov sessiya müddətində “imtahan serveri”nə girib bir-bir düz cavabları qaralayır. Hətta pul almaq məqsədilə tələbənin kompüterdə seçdiyi dogru cavabı da dəyişdirib yanlış cavabla əvəz edir, tələbə heç nə sübut edə bilmir, kəsilir və son nəticədə rüşvət verməyə məcbur olur. Beləcə savadlı kadrlar yetişdirmək amacımızı, körpə fidanlarımızın universitetə, təhsilimizə, haqqa, ədalətə inamını qaralayır. Məhz Vasif Həsənovun möcüzəsi ilə kompyuter vasitəsilə test imtahanları verib qeyri-kafi almış tələbələrin qiymətləri verdikləri pulun məbləğinə uyğun olaraq elə həmin gün düzəlir.Bunu sadə üsulla yoxlamaq olar. Təlimata görə, tələbələrin cavabları bir semestr saxlanmalıdır. O test cavablarına baxmaq kifayətdir. Yaxud ixtiyari seçilmiş tələbələr yenidən eyni fənn üzrə imtahan versə əvvəlki nəticə çətin ki, alına. Başqa yollar da var…

Tələbənin təhsil almaq, elmə yiyələnmək arzusunu məhz Vasif Həsənov davamlı şəkildə məhv edir. Vasif Həsənov GDU-da təhsilimizin, millətimizin qəsdinə duran baltadır. Yusif Yusifovun baltası… Universitetdə hamı onun nənəsinin erməni olduğunu bilir.
Universitetdə maxinasiyalar baş alıb gedir. İndiki müharibə şəraitində belə rektor hər şeydən qazanc götürmək istəyir.Tədris binalarından asmaq üçün bayraqlar almağa müəllimlərdən pul yığdırır .Amma universitetin büdcəsini talan edirlər.

Ötən ilki 44 günlük zəfər savaşımızda, Respublikamızda müharibə getdiyi bir şəraitdə rektorun müəllimlərdən cəbhəyə yardım adı altında topladığı pul vəsaitlərini ön cəbhənin müxtəlif istiqamətlərinə bu erməni əsilli qardaşların vasitəsi ilə göndərdiyindən də narahatlıq keçirərək bu addımı da rektorun adıkeçən qardaşlara simpatiyası hesab edirlər.

Xatırladaq ki, elektron KİV-lərdə yer alan oxşar iddialara GDU rəhbərliyi hansısa rəsmi açıqlama və ya təkzib verməyib.
Qarşı tərəflə əlaqə saxlamaq cəhdlərimiz yenə alınmadı...

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər