Gəncə Dövlət Universitetində nələr baş verir? - Rektor və ətrafından şikayətlər bitib qurtarmır..
 
Əslində isə, universitetdə imtahanlar belə olmuşdur. Əvvəlcədən bir neçə otaq müəyyənləşdirilmişdir. Kimlər pul verirsə həmin tələbələr imtahan vermək üçün bu otaqlara salınmışdır. Burada isə tələbələr müxtəlif kitablardan, konspektlərdən, telefondan istifadə edərək sualları cavablandırmışdır. Bir tələbə bir imtahandan keçə bilmək üçün 50-100 manat ödəmişlər. Pulları isə prorektorun köməkçisi Orxan Məmmədov, Anar Əsilbəyov, Aynur xanım, Keyfiyyətin təminatı mərkəzinin müdiri İsmayıl İsmayılov yığmışdır.
İqtisadiyyat fakültəsinin tələbələrindən isə pulları açıq-saçıq geyimləri ilə tez-tez Şahin Xurşudovun kabinetinə təşrif buyuran Şahin Xurşudovun sevimlisi Könül Əlizadə yığır və həmin tələbələri 6-cı otağa yerləşdirir, daha sonra isə qapıda gözətçi qoyub köçürməyə şərait yaradırlar. Könül Əlizadə ilə Şahin Xurşudovun sərgüzəştləri ilə bağlı kütləvi informasiya vasitələrində kifayət qədər yazılıb.
İmtahan sessiyasında maxinasiyalara ümumi rəhbərliyi Soros fondunun tör-töküntüsü olan, nənəsi erməni olan Vasif Həsənov etmişdir. Bu o Vasif Həsənovdur ki, heç bir dərs vəsaiti, elmi məqaləsi, metodik vəsaiti olmasa belə Yusif Yusibov onu elmi şurada həyasızcasına dosent seçdirmiş və şura üzvlərini buna səs verməyə məcbur etmişdir.Amma universitetin digər əməkdaşlarından tələb edir ki, dosent keçmək üçün THOMSON REUTERS agentliyi tərəfindən indekslənən jurnallarda 3 ədəd elmi məqalə, dərs vəsaiti, metodik vəsait, nüfuzlu jurnallarda 10-dan artıq elmi məqalə və s. olmalıdır. THOMSON REUTERS agentliyi tərəfindən indekslənən jurnallarda 1 ədəd məqalə çap etdirmək üçün 500-800 dollar pul vəsaiti tələb olunur.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası baş müəllim və dosent keçmək üçün bu tələbləri qoymur. Bu tələblər Yusif Yusibov həzrətlərinə pul qazandırmaq üçün rəhbərlik tərəfindən qeyri-qanuni olaraq müəyyənləşdirilmişdir. Maraqlıdır ki, müəllimlərə baş müəllim, dosent adlarının verilməsi üçün yaradılmış komissiyaya özünün heç bir elmi əsəri olmadan dosent adı verilən, erməni əsilli Vasif Həsənov rəhbərlik edir.
Vasif və Asif Həsənov qardaşları orta məktəbin orta sinif şagirdlərinin də bildiyi sadə kompüter texnologiyalarını rektora az qala özlərinin bir elmi yeniliyi kimi təqdim edərək onu heyrətləndirirlər. Rektorun da bu sahədə bilikləri çox məhdud olduğu üçün elə bilir ki, bu adamlar dahidir və GDU-da analoqu olmayan informasiya texnologiyaları yaradıblar. Universitetin az qala bütün işləri, xüsusilə fəaliyyətinin ana xətti hesab olunan tədris prosesi də məhz bu adamlar tərəfindən idarə edilir.
Görəsən, bu innovasiyalar deportamenti tədrisdə hansı innovasiyanı tətbiq edib, hansı elmi inqilaba imza atıb, universitetə hansı mütərəqqi texnologiyanı gətirib? Bunların ən böyük xidməti universitetdə keçirilən test imtahanlarını rəhbərliyin arzu etdiyi formada yönəldərək saxtalaşdırmaq, bir sözlə, gəlir mənbəyinə çevirməkdən ibarətdir.
Hətta bir dəfə rektor elmi şurada dedi ki, Ceyhun Bayramov (keçmiş təhsil naziri) bu Vasifi öz yanına aparsa biz bir universitet kimi batdıq. Vasif Həsənovun atasının yas mərasimində rektor ağlamsına-ağlamsına dedi ki, kaş Vasifin qardaşının arvadının işə qəbul əmrini bir neçə gün bundan qabaq verəydim.Yazıq kişi gəlininin işə qəbul əmrini görməmiş öldü. Yazıq........ Hələ də bu GDU-da anekdot kimi söylənilir. Rektorun Vaska deyə müraciət etdiyi bu Vasif Həsənov öz evini rəhbərliyin eşq oyunları üçün məkana çevirib, ona görə də xüsusi imtiyaz sahibi olmaqla həm "Tərəqqi" medalına layiq görülüb, həm də test imtahanlarında rektorluğun müxtəlif maxinasiyalarına rəhbərlik etməklə milyonlaq qazanır.
Universitetdə hal-hazırda tyutor xidməti yaradılır. Bu məqsədlə müxtəlif adamlardan 7000-10000 manat rüşvət alıblar. Bunun üçün də formal olaraq imtahanlar keçirilir. Maraqlıdır ki, bu imtahanlara rəhbərliyi Keyfiyyətin təminatı mərkəzinin müdiri İsmayıl İsmayılov və Vasif-Asif Həsənov qardaşları həyata keçirir. İmtahanın birinci günü kompüteri bilməyən, kompüterlə davranışı yandırıb söndürməkdən ibarət olan, email aça bilməyən əməkdaşlar imtahandan xaric edilsə də müəyyən edilmiş pullar qarşılığında imtahanların ikinci turuna keçirilmişdir. İxtisasca tarix müəllimi olan İsmayıl İsmayılov özü bilməsə də informasiya texnologiyalarından imtahan götürür. Rektor İsmayıl İsmayılovun həyat yoldaşı Sevinc Quliyevanı da universitetdə işə götürüb. Sevinc Quliyeva həm Riyazi analiz kafedrasının müəllimi, həm də İnnovasiyalar departamentinin işçisidir. Bu yaxınlarda Diferensial tənliklər ixtisası üzrə dissertasiya müdafiə edib. Həmin kafedranın digər əməkdaşı Natəvan Həsənova Respublika Prezidenti İlham Əliyevə, Ali Attestasiya Komissiyasına və digər orqanlara müraciət ünvanlayıb. Həmin müraciətdə bu dissertasiyanın başqasının əsərlərindən köçürmə olmağı, yəni işin tamamilə plagiat olduğu göstərilmişdir. Amma rektorluğun canfəşanlığı ilə iş AAK tərəfindən təsdiq edilmişdir. Maraqlıdır, deyilmi?
Universitetdə rəhbərlik professor-müəllim heyətinin, eləcə də tədris-köməkçi heyətinin maaşlarını qaldırmır. Digər universitetlərin professor-müəllim heyətinin maaşları minimum əmək haqqı 300 manat müəyyənləşdiriləndə, yəni yanvarın 1-dən qaldırıldığı halda bu GDU-ya aid olunmadı. Universitetin bütün maliyyə vəsaitləri bir qrup adam tərəfindən qarət olunur, kafedralara laboratoriya üçün avadanlıqlar, dəftərxana ləvazimatları, A4 kağızı və s. verilmir. Bütün bunları məcbur edib əməkdaşların pulu ilə aldırırlar. Çünki, prorektor Şahin Xurşudov rektor həzrətlərinə belə məsləhət verib. Tədris üçün avadanlıqlara,əməkdaşların maaşlarının qaldırılmasına pul tapmayan rektor əvəzində universitetin həyətində qaraj tikdirir və həyətin asfaltlanması üçün hər dekandan 300-500 manat pul tələb edir.
Universitetdə müxtəlif layihələrə ayrılan vəsait İnnovasiya Departamentinin rəhbəri Vasif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və digərləri tərəfindən açıq-aşkar qəddarlıqla mənimsənilir. Bu rəhbər şəxslərin "işbirliyi” nəticəsində təhsil və elmin tərəqqisinə istiqamətlənmiş proqramlardan, çoxsaylı təhsil layihələrindən də yalnız həmin adamlar və onlara yaxın olan bir neçə şəxslər faydalanır.
Təhsil və elmin inkişafına ayrılan çoxsaylı vəsaitlərdən universitet əməkdaşları qəti şəkildə yararlana bilmirlər. Ölkə xaricinə elmi ezamiyyələrə, nüfuzlu elmi layihələrə, toplantılara adları qeyd edilən şəxslərin özləri, yaxud yaxın ətrafı gedir, ayrılan pullar da məhz onlar tərəfindən sağa-sola xərclənir.
Ruslan Məmmədovun heç bir elmi dərəcəsi yoxdur. Amma buna baxmayaraq böyük bir şöbənin müdiridir.
Maraqlı odur ki, tədris ilinin əvvəlindən sonuna kimi bu şəxslər xarici ölkələrdə gəzirlər. Ruslan Məmmədov xarici ölkələrdə təhsil almaq üçün tələbə göndərir, bunun müqabilində 2000 manat rüşvət alır. Bu yaxınlarda rektorluğun operatoru, iki uşaq anası,digər tərəfən tək valideyn olan Həmidə Qasımovaya da şər ataraq onun işdən qovulmasına nail oldu. Ruslanın bacısı da, həyat yoldaşı da GDU-da işləyir. Ruslan Məmmədov bir neçə il bundan əvvəl öz işçisi İsmayılzadə Farizə Mobil qızını iş otağında vəhşicəsinə döymüş və onu şərləyərək işdən azad olunmasına nail olmuşdur.
Ümumiyyətlə, universitetdəki "inkişaf” göz qarşısındadır. Yorulub əldən düşmüş, baş verən proseslərə adekvat reaksiya verə bilməyən, tamahkar bir qocanın ümidinə buraxılmış kollektivdə heç bir motivasiyadan, inkişafdan, normal iş prosesindən söhbət gedə bilməz. Sizcə ömrünün 70 ilini rüşvətə, korrupsiyaya, məişət pozğunluğuna, əyyaşlığa həsr etmiş bir adam 71-ci ilində birdən birə islahatçı, innovator, dövlətçi ola bilərmi?
80-dən artıq yaşı olan ali təhsil ocağı daxildən çökməyə başlayıb. Burada elm və təhsilin inkişafına yönəlmiş heç bir fəaliyyət göstərilmədiyi göz qarşısındadır.
Son illər ərzində Gəncə Dövlət Universiteti haqqında hədsiz çox sayda tənqidi və hətta deyərdik ki, həyəcan təbili xarakterli məlumatlar dərc olunmuşdur. Ancaq təəssüf və təəccüb hissi ilə qeyd edirik ki, bu məlumatlara ciddi diqqət ayrılmamışdır. Sanki hansısa sehrli bir qüvvə burada baş verən qanunsuzluqlara nəinki göz yummağa, hətta onları dəstəkləməyə, ali rəhbərliyə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir.
Ona görə də növbəti bir yazı ilə kimisə təəccübləndirmək, yaxud hansısa bir aidiyyatı qurumun diqqətini cəlb etmək ümidlərini yaşamırıq. Sadəcə illər boyu yığılıb qalan cinayət xarakterli problemləri bir daha vurğulamaqla öz vətəndaş mövqeyimizi ortaya qoyur və gec-tez cinayətkarların layiqli cəzalarına tuş gələcəklərini onlara xatırladırıq.
Bu şəxslər elə başa düşür ki, kütləvi informasiya vasitələrində onların əməlləri haqqında yazılan yazılar, eləcə də müxtəlif orqanlara göndərilən şikayət məktubları boş şeydir. Onlar dərk etmirlər ki, bu materiallar bir qovluqda yığılır və araşdırılır. Yaxın vaxtlarda bunların başında çatlayacaq və bunun əks-sədası respublikamıza səs salacaq
Hörmətlə,
İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup professor-
müəllim heyəti adından Azadə Murad qızı Vəliyeva
Teref.az olaraq qeyd etmək istəyirik ki, qarşı tərəf kimi, mövqelərini öyrənmək üçün GDU-nun elektron poçtuna sorğu göndərsəkdə hələlik cavab almamışıq, lakin qarşı tərəf kimi məqalədə qaldırılan iddialarla bağlı mövqelərini dərc etməyə hazırıq!
Teref.az

Faceboo

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər