Rektor Havar Məmmədov Bakı Mühəndislik Universitetini ÖZƏLLƏŞDİRİB ?-
 
ATU-nun tələbəsi olan taksi şoferi və rektor Havar Məmmədov...

Misir Mərdanov dedi ki, Əhməd Sanıç Qurana and içdi ki, Qafqaz Universitetində rüşvət olmayacaq...

Rektorun marketləri, beton zavodu, villaları və....

İki gün öncə sərnişini olduğum taksi şoferi Havar Məmmədovdan danışanda dəhşətə gəldim.
Sən demə, taksi şoferi Havar Məmmədovun 16 il rektor olduğu Azərbaycan Texniki Universitetinin tələbəsi olub.
Taksi şoferi dedi ki, yaxşı ixtisasım var idi, elektrotexnika...amma Havar Məmmədov bizi oxumağa qoymadı.
Belə ki, semestrdə 3 almaq 30 manat, 4 almaq 40 manat və 5 almaq 50 manat....
Və yazıq şofer danışırdı ki, bizim tələbələrin çoxu belə rüşvətlə oxuyur, ona görə də bu gün "taksovatlıq” edirəm.
Kimdir bu Havar Məmmədov..?
Bu adamın keçmişi, bu günü nəçidir ?
2000-2016-cı illərdə, yəni 16 il Azərbaycan Texniki Universitetinə rəhbərlik etmiş Havar Məmmədovun Bakı Mühəndislik Universitetinə ( keçmiş Qafqaz Universiteti ) rektor təyin olunması təhsil tariximizə ironiyadır.
Niyə ?
Ondan başlayaq ki, Fətullah Gülən, FETO məsələsini bir kənara qoysaq ( bu siyasi məsələdir ), Qafqaz Universiteti Azərbaycanın təhsil tarixində ən səviyyəli, ən nümunəvi təhsil ocağı idi.
( Kimin şübhəsi varsa, buyurub Qafqaz Universiteti ilə bağlı dövlət rəhbərlərimizin, nazirlərimizin dediyi fikirlərin videosuna baxa bilərlər).
Bəli, bircə faktı deyək.
Sabiq təhsil naziri Misir Mərdanov öz çıxışında dedi ki, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç Qurana and içdi ki, universitetdə rüşvət olmayacaq.
İndi təsəvvür edin ki, belə bir universitetə Havar Məmmədovu rektor təyin edirlər.
Bəli, vaxtilə Havar Məmmədov ATU-nun idman zalını it boğuşduranlara icarə verərək hər ay xeyli pul qazanırdı.
Amma Qafqaz universitetinin rüşvətdən uzaq, yüksək təhsil ocağı olmasına kimsənin şübhəsi də yoxdur.
Bəli, biz də razıyıq ki, Türkiyədə yaşanan olaylardan sonra Azərbaycanda da Fətullah Gülənə yaxın təhsil müəssisəsi olan Qafqaz Universitetinin fəaliyyətinə birdəfəlik xitam verildi.
Əlbəttə, qardaş Türkiyənin istəyinə də anlayışla yanaşmalı idik. Bunlar hamısı normal. Amma...
Əmması odur ki, 1 manat rüşvətin olmadığı universitetə 16 il Texniki Universiteti sanki, rüşvət yuvasına, bazara çevirən Havar Məmmədovu rektor qoymaq...çox dəhşətli məsələdir. Bu elə bil "bazarkom”u mənəvi-təlim-tərbiyə ocağına rəhbər qoymaqdır.
Axı, əslində əslən İmişlidən olan Havar Məmmədov heç vaxt elm adamı olmayıb, daha çox "komsorq”, "partkom”, təlimatçı-instruktor kimi fəaliyyət göstərib. Belə bir adamı nəinki Qafqaz Universitetinə, hətta Texniki Universitetə də rektor qoymaq olmazdı.
Bəli, Qafqaz Universiteti ləğv olunanda bir müddət Bakı Ali Neft Məktəbinin tabeçiliyində oldu ( bu daha məqsədə uyğun idi ), sonra necə oldusa, ayrıca universitetə çevrildi – Bakı Mühəndislik Universiteti, rektoru isə Havar Məmmədov oldu.
Nə isə...4 ildir ki, Havar Məmmədov BMU-ya rəhbərlik edir.
Biz əbəs yerə yazmadıq ki, Havar Məmmədovu nəinki rektor təyin etmək, əksinə onu istintaqa cəlb edib əməllərinə görə layiq olduğu cəzanı vermək lazım idi.
Bəli, Havar Məmmədov Texniki Universitetdə axşam və qiyabi təhsil üzrə prorektor olanda tələbələrin hesabına nələr qazanmadı?
16 il il ATU-da rektor olduğu müddətdə milyonlar qazanıb, oliqarxa çevrildi.
Təsəvvür edirsiniz rektorun marketləri var. Adama deyərlər ki, rektor hara, market hara ?
Bu adamdan soruşan yoxdur ki, Xocahəsəndəki dəmir beton zavodunu hansı pulla almısan ?
Bəs 4 milyonluq villanı necə?
Əlbəttə, universitetin təmirinə ayrılmış pulların hesabına Novxanıda özünə villa tikdirdin.
Bəlkə Heydər Əliyev Məscidinin yaxınlığında, "milyonçular məhəlləsi” deyilən ərazidəki 6 milyon dəyəri olan 3 mərtəbəli villanın hesabını soruşaq ?
Bax, istintaq Havar Məmmədovdan bunları soruşmalıdır .
Qarşi tərəfin fikirlərini dərc etməyə hazırıq.

Son xəbərlər

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

İranın Azərbaycana qarşı riyakar planı: Bu iki mesajı ona görə verir ki...

Bu qadınlar pensiyaya tez çıxacaq

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? - Professor izah edir

ÜST-dən QORXULU AÇIQLAMA: "Martda 25 mindən çox insan..."

Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Dünya fəlakətin bir addımlığında: Peyğəmbərin dedikləri gerçək olur

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bütün xəbərlər