Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

 

Azərbaycanda medianın diqqət mərkəzində olan dövlət maliyyəli təşkilatlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Ölkədə yol çəkilişlərinin, körpü və qurğuların tikintisinin mühüm hissəsini həyata keçirən bu qurumun fəaliyyəti bəzi iqtisadçı ekspertlərin fikirlərinə görə qeyri-şəffafdır. Belə ki, bu ekspertlərin iddialarına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi satınalmalar və ya birbaşa müqavilələr əsasında yerinə yetirdiyi sifarişlərin smetalarını real dəyərindən dəfələrlə artıq yazır.

Müxtəlif dövrlərdə yerli mətbuatda gedən yazılarda İddia olunub ki, dövlət büdcəsindən ayrılan on milyonlarla manat vəsaitlər qurumun müxtəlif vəzifəli şəxsləri tərəfindən mənimsənilir. Maraqlıdır ki, Azərbaycanda biznes yaradan məmurlar arasında Avtomobil Yolları Dövlət Agentliyinin rəhbər vəzifəli şəxsləri ilk sıralarda gəlir.

Poliqon.info saytına daxil olan məlumatda iddia olunur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun ölkə daxilində və ölkə xaricində böyük biznes şəbəkələri, mülkləri və xidmət sahələri mövcuddur. Belə ki, redaksiyamıza daxil olan siyahıya əsasən Saleh Məmmədov çoxsaylı yaşayış və qeyri-yaşayış sahələri olan daşınmaz əmlakların, iaşə xidmət müəssisələrinin, istehsal sahələrinin və AAYDA sədrinə aid olduqları iddia olunan çoxsaylı şirkətləri var.

Saleh Məmmədova aid olunduğu iddia olunan həmin siyahının bəzi hissələriri oxucularımızın diqqətinə təqdim edirik:

1. Ölkə daxilində və xaricində dəyəri milyon manatlarla ölçülən villalar;
2. Xırdalanda avtoservis-yol nişanları zavodu;
3. Xırdalanda tikiş sexi;
4. Xırdalanda 1,7 hektar içində Plitə-bordur sexi;
5. Həsən Əliyev küçəsində restoran;
6. Təbriz küçəsində 3800 kvadratmetr qeyri yaşayış sahəsi;
7. Göygöldə istirahət mərkəzi;
8. Nəsimi rayonunda 3 mərtəbəli obyekt;
9. İmişlidə qonaq evi;
10. Quru neyvə istehsalı ilə məşğul olan şirkət;
11. Göygöldə, Fatmeyi kəndində, İmişlidə, Şəki-Xaldan yolinda yanacaq doldurma məntəqələri;
12. Bakı Əyləncə Mərkəzinin yanında 2000 kvadratmetrkik ofis;
13. Çoxlu sayda ağır texnika;
14. Saleh Məmmədovun qaynı Səfiyar Quliyevin adına torpaq sahələri, şirkətlər, mülklər, karxanalar;

15. Saleh Məmmədova məxsus şirkətlər: "Yol xətt” MMC, "Layihə” MMC, SDN və SMS şirkətləri. Bundan başqa iddia olunur ki, Saleh Məmmdovun Dubayda, Çində, Türkiyədə, Avstriyada və Almaniyada şirkətləri var və bu şirkətlərin bəzilərini Cəmil adlı şəxs idarə edir.

Həmçinin iddia olunur ki, Saleh Məmmədovun "Şamaxıinka” adlanan ərazidə 17 mənzili, Təbriz küçəsində biananın 1 blokunun bütün mənzilləri, o cümlədən Bayılda və Ağşəhərdə, Xətaidə, Gəcədə mənzilləri var. Siyahıya görə AAYDA sədrinin Dubayda, Türkiyədə, Vyanada, Yesentukidə də mənzilləri var.

Qeyd edək ki, bütün bu iddialarla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədova soğu ilə müraciət etmişik. Sorğunun göndərilməsindən bir həftədən artıq vaxt ötməsinə baxmayaraq, hələ də cavab ala bilməmişik. Bütün hallarda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

“Azercell”… millətin cibindən OĞURLAMA…” – müştəridən ÇAĞIRIŞ

Zakir Fərəcovun millyonçu müavini Sumqayıtın icra başçısı olmaq istəyir? – “Özümə yer edib gör sənə neylərəm.”

Bakıdan yayılan AZADLIQ İŞIĞI… – fransızlar NİYƏ VƏ NƏDƏN narahatdırlar…

Harvard məzununun 16 milyonluq mənimsəmə işi… – İTTİHAM AĞIRLAŞDIRILDI

Küçədə xanımların şəkillərini çəkib “TikTok”da paylaşan şəxs həbs olundu

Bilgəhdə 5.3 hektar torpağın 28 sahibi ayağa qalxdı – Hacı Qalibə qarşı şok ittihamlar –FOTOLAR

Elvin Abbasovun “Odlar Yurdu Universitetinin möhürü ilə Saxta diplomu kim verib?

Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası öz işinə olduqca məsuliyyətsiz və laqeyd yanaşır

Gəncədə narkoman cinayət məsuliyyətindən yayınmaq üçün həyatına qəsd edib

Sürücülük vəsiqəsinin verilməsi qaydası DƏYİŞİR? – Mühüm AÇIQLAMA

Qəbul imtahanlarında "ölüm qrupu": Azı 100 bal artacaq?

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT

Yayda nələr baş verəcək? “Məzuniyyətlər ləğv edilir, Bakıdan çıxış qadağan olunur” – ŞOK İDDİA

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda Həcc ziyarətinin qiyməti niyə qalxıb?

Başgicəllənməsi ilə başlayan təhlükə – Yaşıl çay içmək vəziyyəti pisləşdirə bilər

Moskvanın Xankəndidə konsulluq planının şifrələri - Rusiya nə istəyir?

Ermənilərin Zəngəzur dəhlizi ilə bağlı sensasiyalı iddiası: Sentyabrda nə olacaq?

Əməkhaqqı əslində bu cür verilməlidir - Qanun

Xəbərdarlıq edildi, gələn həftə başlayır: Bu ölkələr qovrulacaq

Sabah havanın temperaturu 35 dərəcəyədək artacaq

“Xocalıya sürünə-sürən qayıdacam” əhdini edən xanımın anasının Prezidentə dedikləri...

Azərbaycan əhalisi qazancının yarısını ərzağa xərcləyir: Qiymət yüksəkdir, yoxsa...

Dövlət bu şəxslərə görə ailəsinə 840 manat ödəyə bilər - AÇIQLAMA

Paşinyan hədələdi, nazirlik Rusiyanın “Birinci kanal”ını BLOKLADI

İlham Əliyev: "Ermənistan özü Xocalıda törətdiyi vəhşiliyi etiraf etməlidir, bizdən üzr istəməlidir"

Yazda hansı dəri problemləri yaranır? - 3 önləyici TƏDBİR

Antarktidada FƏLAKƏT: Xabarovsk boyda aysberq qopdu, bütün dünyada...

Gürcüstan DİN etirazçılara XƏBƏRDARLIQ ETDİ

Tehran Şəhər Şurası Rəisi və Abdullahianla bağlı QƏRAR VERDİ

Mahir Emreli Azərbaycana qayıdır?

Makron Fransanın Fələstini nə vaxt tanıyacağını AÇIQLADI

İlham Əliyev bütün ölkələri planeti xilas etmək naminə həmrəylik nümayiş etdirməyə ÇAĞIRDI

Bütün xəbərlər