Şəmkirdən BİR ASLAN KEÇDİ..”Bu 20 ildə nələr yaşamadıq ki…” – DƏHŞƏTİN ÖZÜ…

 

 

Vüqar Əliyev 20 il öncə Şəmkirdə icra başçısının oğlunun qətlinə görə həbs olunub. Anası Məlahət İsmayılova deyir ki, oğlu cəzasının böyük hissəsini çəkib, ona görə də əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət etmək hüququ yaranıb. Ananın sözlərinə görə, bu ərəfədə saxlandığı 8 saylı cəzaçəkmə müəssisəsində oğlunu təxribata çəkməyə çalışırlar.

"Üstünə tökülüb döyüb, qabırğasını sındırıblar”
"Vüqarın cəzasının dörddə üçü tamam olub, ona görə vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət eləmək hüququ var. Yaxın vaxtlarda bu məsələ ilə əlaqədar məhkəməyə ərizə verəcək. Belə bir vaxtda dayandığı yerdə onu təxribata çəkməyə çalışırlar. Həbsdə olanlar bilir, məhbusların yoldaşlıq elədiyi, birlikdə yemək yediyi adamlar olur. Vüqarın da yoldaşılıq elədiyi Əzizağanın üstünə dayandığı yerdə 4-5 nəfər başqa məhbus tökülüb döyüb, qabırğasını sındırıb. O adamlar ki, əvvəllər də Vüqara sataşıb, onunla mübahisə ediblər…”, – Şəmkir sakini Məlahət İsmayılova Meydan TV-yə danışır.

Vüqar Əliyev və xəsarət alan Əzizağa adlı məhkum oktyabrın 9-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Anası deyir ki, Vüqar Əliyev heç bir xəsarət almayıb, sağlamlığında da problem yoxdur. Oğlunun Müalicə Müəssisəsinə niyə köçürüldüyünü isə bilmirlər:

"Bir neçə gün oğlumla danışa bilmədim. Ombudsman Aparatına, Penitensiar Xidmətin "Qaynar Xətt”inə şikayət elədim. Dedim, övladımdan nigaranam. Ondan sonra oğlumla danışdırdılar. Mənə dedilər ki, əsəblərini müalicə etdirmək üçün göndərmişik. Həm də bildirdilər ki, cəzaçəkmə müəssisəsində dava eləyənləri cəzalandırıblar, "karsa” salıblar”.

"Biz nələr görməmişik?!”
Məlahət İsmayılova narahatdır ki, baş verənlər məqsədli şəkildə ola bilər. Onun sözlərinə görə, oğlunun azadlığa buraxılmasının qarşısını almaqdan ötrü təxribatlar olmasından ehtiyatlanır:

"Bu 20 il ərzində biz nələr görməmişik?! Oğlumun, bizim ailənin başına nə oyunlar gətirmədilər?! Göz gördüyündən qorxar. İndi də dayanan yerdə adama gəlib ilişirlərsə, deməli, şübhələnməyə əsas var. Bu səbəbdən Mirsaleh müəllimə (Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovu nəzərdə tutur-red.) də müraciət etmişəm”.

Vüqar Əliyev 2003-cü ilin mayından həbsdədir. O, həmin vaxt 15 yaşlı nişanlısı Lamiyə Quliyeva ilə birlikdə yaşadıqları Şəmkirdə rayonun icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə ittiham edilərək, həbs olunmuşdu.

O zaman Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə onların hər ikisinə ən ağır cəza verilmişdi – Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il azadlıqdan məhrum edildi. Qanuna görə, yetkinlik yaşına çatmayan şəxsə 10 ildən yuxarı cəza verilə bilməzdi.

Hökm oxunanda Vüqar Əliyevlə yanaşı, onun atası İbrahim İsmayılov da məhkəmə zalında həbs olundu. Ona isə 4 il həbs cəzası verildi.

O zaman Vüqar Əliyevin anası və xalası da qısa müddətə saxlanmış və sonradan buraxılmışdı.

Cinayət işinin materiallarında iddia olunurdu ki, İbrahim İsmayılov Şəmkirdə özbaşına torpaq zəbt edib, icra başçısı bunun qarşısını alıb. Vüqar Əliyev də atasının qisasını almaq üçün nişanlısıyla birlikdə icra başçısının oğlunu öldürüb.

Şəmkirdən BİR ASLAN KEÇDİ..: `Bu 20 ildə nələr yaşamadıq ki...`Lamiyə Quliyeva isə məhkəmədə ifadəsində bildirmişdi ki, Ruslan Aslanov ona təcavüz edib, bu səbəbdən onu qətlə yetirib. Onun sözlərinə görə, istintaq orqanı icra başçısının nüfuzunu qorumaq üçün torpaq söhbətini ortaya atıb, lakin bu, tamamilə yalandır.

Lamiyə Quliyevanın 10 illik cəzası başa çatsa da, onun azadlığa çıxmasına imkan verilməyib. Cəza müddətinin bitməsinə az qalmış onun haqqında Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsilə cinayət işi başlanıb və cəzası 5 il 6 ay artırılıb.

2014-cü ildə saxlandığı cəzaçəkmə müəssisəsində Lamiyə Quliyevanın övladı dünyaya gəlib və bu xəbər mediada yayılıb. Ardınca bu məsələ yenidən gündəmə gəlib və Aslan Aslanovun oğlunun qətlində ittiham olunan şəxsi həbsdən çıxmağa imkan vermədiyi iddia olunub. Lamiyə Quliyevanın vəkili onun azadlığa buraxılması üçün məhkəməyə müraciət edib və 2015-ci ilin fevralında məhkəmə onun xeyrinə qərar verib.

2021-ci ildə Prezident İlham Əliyevin əfv sərəncamıyla Vüqar Əliyev haqqında ömürlük həbs hökmü də dəyişərək, 25 il azadlıqdan məhrumetmə ilə əvəzlənib.

YAP Siyasi Şurasının üzvü olmuş, 1993-2005-ci illərdə Şəmkirin icra başçısı, 2005-2013-cü illərdə isə Kənd Təsərrüfatı nazirinin 1-ci müavini vəzifəsində çalışmış Aslan Aslanov 2018-ci ildə vəfat edib. //meydanTV//

Son xəbərlər

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Bütün xəbərlər