Ömürlük məhkumların sayı AÇIQLANDI: Onlar da əfv oluna bilər

Hazırda Azərbaycanda 273 nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxs var.

"kanal1.az" xəbər verir ki, Əfv Məsələləri Komissiyasından Modern.az-a daxil olan məlumata görə, Novruz bayramı ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanacağı gözlənilən əfv sərəncamının siyahısına ömürlük məhkumların da adı daxil edilib.

Hüquqşünas, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, ömürlük məhkumlar məsələsi illərdir cəmiyyətin diqqətindədir:
“2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilmişdi. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənmişdi.

Ötən il koronavirusa görə xüsusi risk qrupuna aid edilən yaşı 65-dən yuxarı olan 176 məhkumun sağlamlığı əsas götürülərək azadlığa buraxıldı. Onların içində 11 qadın və ömürlük azadlıqdan məhrum edilmiş iki nəfər var idi. Qanunvericilikdə ömürlüklərin azad olunma qaydaları bir qədər də sadələşdirilib. Onların şərti olaraq azad edilmələri üçün məhkəməyə müraciət qaydalarında dəyişiklik edilib. Belə ki, əvvəllər ömürlük məhbuslar müraciət edib rədd cavabı aldıqdan sonra 1 il yeni müraciət üçün gözləməli olurdularsa, indi belə deyil. Onlar rədd cavabından 6 ay sonra yenidən azad edilmələri üçün müraciət etmək hüququ qazanırlar”.

Ə.Nuriyev deyib ki, Azərbaycanda qanunvericilik ömürlük həbsdə olanların azadlığa çıxma imkanlarını bu və ya digər dərəcədə tanıyır:

“Cinayət Məcəlləsinə edilən dəyişikliklər onlara imkan verdi ki, cəzalarının 25 ilini çəkdikdən sonra vaxtından əvvəl şərti olaraq azadlığa çıxmaq üçün müraciət etsinlər. Amma xüsusilə son 5 ildə davranışları ilə fərqlənən, hər hansı intizam tədbirləri almamalıdırlar. Belə şəxslərə məhkəmə vaxtından əvvəl azadlığa çıxmaq imkanı verə bilər.

2017-ci il 10 fevralda cəzaların humanistləşdirilməsi ilə bağlı ölkə prezidentinin sərəncamı ilə Cinayət Məcəlləsində 300-dən artıq tərkibdə dəyişikliklər baş verdi. Digər tərəfdən, ömürlük məhbusların azadlığa çıxmaq imkanlarından biri də əfvə müraciətlə bağlıdır. Ömürlük həbsə məhkum edilmiş istənilən məhbus cəzasının 10 ilini çəkəndən sonra əfv üçün müraciət edə bilər. Onların cəzaları 25 illə də əvəzlənə bilər. Bu da həmin məhbusun azad edilmə imkanlarını xeyli dərəcədə yaxşılaşdırır.

Azərbaycan praktikasında belə əfv sərəncamları olub. 2019-cu ildə 3 ömürlük məhbusun cəzası müddətli cəza ilə əvəzləndi. Müddət başa çatandan sonra onlar cəzadan azad edildilər. Bundan əvvəl əfv sərəncamları ilə ömürlük məhbusların da azadlığa çıxdıqlarını biz praktikada görmüşük. Əfv Komissiyasına ömürlük məhbuslar da müraciət edirlər. Komissiya da qanunvericiliyin meyarlarını əsas götürüb tövsiyə xarakterli qərarlar qəbul edir. Qəbul edilən qərar pozitiv də, neqativ də ola bilər. İstənilən halda qanunvericilik onların azadlığa çıxma imkanlarını tanıyır. Sadəcə, qanunvericiliyin tələblərinə uyğun olaraq bu prosedurlar olmalıdır”.

Əliməmməd Nuriyev deyib ki, ömürlük məhbusların böyük əksəriyyəti ağır qətllər törətmiş şəxslərdir:

“Onların azadlığa çıxmaları üçün ən vacib amillərdən biri də tərəflərin barışıq əldə etmələridir. Əfv üçün müraciət hüququnun yaranması əfv anlamına gəlmir. Müraciət mütləq komissiya tərəfindən müəyyənləşdirilir. Məhbusun azadlığa çıxdıqdan sonra cəmiyyət, ətraf üçün təhlükəli olmayacağına əminlik yaranandan sonra həmin məhbusun azadlığa çıxmaq imkanları artır. Əfv etmək cənab prezidentin müstəsna səlahiyyətindədir”.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər