Tamadanın bıçaqlandığı şadlıq evi hansı icra başçısına məxsusdur? - FAKTLAR
 
Bakıda məşhur tamada Natiq Dağlaroğlunun bıçaqlandığı "Altun” şadlıq sarayı ilə bəzi faktlar üzə çıxıb. Əvvəlcə yada salaq ki, Natiq Dağlaroğlu iyulun 2-də gecə saatlarında Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən "Altun” şadlıq sarayında bıçaqlanıb. Onunla birgə musiqi ansamblının üzvü, 1972-ci il təvəllüdlü Yaqub Mehdiyevə bıçaqla xəsarət yetirlib. Hər iki şəxs ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin araşdırmalardan sonra hadisənin 1987-ci il təvəllüdlü Məmməd Hüseynov adlı şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İndi gələk Natiq Dağlaroğlunun bıçaqlandığı "Altun” şadlıq evi barədə faktlara. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sözügedən şadlıq sarayı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə məxsusdur. Abdin Fərzəliyev hələ Nərimanovun icra başçısı olanda "Altun”u inşa edib.

Altun şadlıq sarayı həm də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru, hazırda məhkumluq həyatı yaşayan Vüqar Səfərlinin sevimli məkanı olub. KİVDF-nin əksər tədbirləri məhz bu şadlıq sarayında keçirilib.

Vüqar Səfərli ilə birgə mühakimə olunan "Altun” şadlıq sarayının inzibatçısı olmuş Şaiq İbrahimovun məhkəmədə verdiyi ifadəyə diqqət etdikdə keçmiş icraçı direktorun bu məkana marağının səbəbi aydın olur:

"Altun”da inzibatçı kimi işləmişəm. 2018-ci ildə KİVDF-nin tədbirini keçirirdik. 350-400 tədbirin keçirilməsi nəzərdə tutulurdu. Bu proses dövlət tədbiri olduğu üçün Vüqar müəllimin özü rəhbərlik edirdi. Tədbir başlamamışdan 3-4 saat qabaq Vüqar müəllim gəlirdi, tapşırıqlarını verirdi. Prezidentin köməkçisi səviyyəsində keçirilən tədbir idi. Vüqar müəllim tədbir başlamamışdan 250-270 nəfərlik stol açılırdı. Texniki işçilər, sürücülər olurdu, onları da zaldan kənarda kabinetlərə yerləşdirirdik. Təbdir qutarandan sonra şou proqram olurdu. Tədbirin görünməyən tərəfi də olurdu. Yəni tədbirdən sonra oturanlar olurdu. Normalda 34 min manata tədbiri keçirə bilirdik. Lakin müğənnilər bizlik deyildi.

KİVDF nümayəndəsi gəlirdi, sənədlər imzalanırdı. Tender olurdu, lakin biz iştirak etmirdik. Faktiki olaraq menyunu təqdim edirdik, razılaşırdıq. Müğənniləri, şou proqramı biz təşkil etmirdik. Pulu bizim hesaba köçürürdülər. Şou proqramın pullu hissəsini bizdən götürür, onlar ödəyirdilər. Çünki biz o qiymətə musiqi ansamblı və müğənni gətirə bilməzdik. Tədbirdən sonra pulu bizdən Vüqar Səfərli, ya da nümayəndəsi götürürdü”.

Vüqar Səfərlinin "qara işləri” üçün "Altun” şadlıq evini seçməsi də təsadüfi deyil. Yuxarıda qeyd etdik ki, şadlıq evi Abdin Fərzəliyevə məxsusdur. O isə Ramiz Mehdiyev-Əli Həsənov tandeminin kadrlarından hesab edilir. Abin Fərzəliyev vaxtilə hakim Yeni Azərbaycan Partiyasında Əli Həsənovun müavini vəzifəsində çalışıb. Abdin Fərzəliyev 2014-cü ildən YAP-da Partiyalararası əlaqələr və dialoq komissiyasının sədr müavini təyin edilib. Həmin komissiyanın sədri isə Əli Həsənov olub.

Vüqar Səfərli də bu qruplaşmaya daxil olan şəxslərdəndir.

Maraqlıdır ki, Ramiz Mehdiyevlə Əli Həsənov hakimiyyət komandasından çıxdaş edilsə də, Abdin Fərzəliyev özünü qoruya bilib.

Abşeron İcra Hakimiyyətindən isə Qaynarinfo-ya bildirilib ki, "Altun” şadlıq evinin Abdin Fərzəliyevə aidiyyatı yoxdur. Bununla belə, mediada bu barədə çoxsaylı materiallar tirajlanıb və təkzib olunmayıb.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər