Siyəzənin icra başçısının 20 min manatlıq QALMAQALI... -
 
 
Goranboy rayon sakini, uzun illər dövlət qulluqçusu kimi vacib vəzifələr tutmuş Firəddin Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə və surəti "Təzadlar” qəzeti redaksiyasına ünvanlı şikayət ərizəsinin bir surətini də redaksiyamıza göndərib. O, şikayət ərizəsində hazırda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı olan, az əvvəl Goranboyun və Şabranın İH başçısı işləmiş Novruz Novruzovun onun nəvəsini işlə təmin etmək adı ilə 20 min manat pul aldığını, lakin vəd etdiyi işi həll elmədiyini, bu günədək də aldığı pulu qaytarmadığını yazır.

Məsələnin ciddiliyini nəzərə alıb F.Hacıyevlə telefon əlaqəsi saxladıq. O, şikayət ərizəsində yazdığı faktlara başı ilə cavabdeh olduğunu bildirərək əməkdaşlarımızı Goranboya dəvət edib geniş videomüsahibə vermək istədiyini bildirdi.

***

…Goranboyda olarkən məlum oldu ki, adı çəkilən pulun verilməsinin şahidi də var və o, uzun illər polis orqanlarında çalışmış Cəfərov Uğur Əhməd oğludur. O da bu barədə danışmaq istədiyini bildirdi və əməkdaşlarımızın iştirakı ilə hər ikisindən geniş sual-cavablı videomüsahibə götürdük. Təqdim ediləcək.

***

Onu da deyək ki, videomüsahibədə pulun verilməsi ilə bağlı zərərçəkmiş Firəddin Əsgərovun şikayətini bir neçə ay əvvələdək araşdırmalı olmuş Xocalı rayon prokuroru (elə bu şikayəti araşdırmaq əvəzinə «Prokuorluq haqqında» Qanunun tələblərini kobud surətdə pozmuş, bu qanunsuz hərəkətlərə yol verdiyinə görə Daşkəsən rayonuna prokuror təyin edilmiş) Şahin İmanovun da adı çəkilir. KİV olaraq qarşı tərəflərin mövqeyini öyrənməyə çalışdıq. Əvvəlcə Siyəzən RİH-nin elektron poçtuna adı çəkilən şikayəti və videomüsahibənin mətnini göndərdik. RİH başçısı Novruz Novruzovdan xahiş etdik ki, məsələyə dair mövqeyini bildirsin. Qarşı tərəfdən cavab gəlmədi.

Siyəzən RİH-nin rəsmi saytındakı iş telefonlarına ardıcıl olaraq (bütün müavinlərin və şöbə müdirlərinin) zəng etsək də cavab verən olmadı. Məcbur olub başqa kanallarla Novruz Novruzovun, müavini Aqşin Ağayevin, digər müavin Təhminə Bəxtiyarovanın, Balabəy Balabəyovun, Xəqani Bəşirovun… mobil və dəqiq iş telefonlarını öyrəndik. Yalnız Aqşin Ağayev və Xəqani Bəşirovla danışa bildik. Onlara məsələni danışdıq, söz verdilər ki, icra başçısı Novruz Novruzova məlumat veriləcək.

Nəhayət, təxminən on günlük yazışma və zəngləşmələrdən sonra Siyəzən RİH-dən redaksiyanın elektron poçtuna iki cümləlik elektron məktub daxil oldu Siyəzən Rayon İcra Hakimiyyətinin adından (başçının adından yox) yazılmış elektron məktubda vətəndaşın şikayətinin Xocalı rayon Prokurorluğunda araşdırılığı və ətraflı məlumat öyrənmək üçün Xocalı rayon Prokurorluğuna müraciət etməyinizi məsləhət görürlər.

Biz də vaxtilə Xocalı rayon prokuroru işləmiş (atası Ədliyyə Nazirliyində məsul vəzifə tutur) və şikayətçini qəbul edərkən «Başçı mənim dostumdur, ondan nə istəyirsən???» deyə onu təhdid etmiş, Baş Prokurorluğa edilən şikayətlərdən sonra Daşkəsənə prokuror göndərilmiş Şahin İmanovla əlaqə saxlayıb məsələyə bir az da ətraflı aydınlıq gətirməkdəyik…

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər