Dövlət qiymət artımının qarşısını alacaq - Yeni qanunun DETALLARI


"Dövlət ehtiyatları haqqında” Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində I oxunuşda müzakirə olunub. 4 fəsil 14 maddədən ibarət olan yeni sənəddə, dövlət ehtiyatlarının yaradılması və ərzaq balansının təmin edilməsi üçün müasir və mütərəqqi tənzimləmələr təsbit olunub.

Yeni qanun nəyi dəyişəcək?

Qanunda həmçinin, analoji mallar, bazar iştirakçısı, dövlət ehtiyatlarının brondan çıxarılması və borc verilməsi, əvəzləşdirilməsi, strateji əhəmiyyətli mallar, strateji ehtiyatlar və s. kimi anlayışlar yer alıb.

Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil ediləcək.

Bəzi ekspertlər bildirirlər ki, sözügedən qanunun qəbulundan sonra ölkədə strateji məhsulların qiymətində baş verəcək süni və kəskin artımların qarşısı alınacaq. Eyni zamanda əsas tələbat məhsulları üzrə strateji ehtiyat fondları yaradıla bilər.

Ölkədə yeni ehtiyat fondları yaradıla bilərmi?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı Aydın Hüseynov bu qanun layihəsinin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, dövlət tərəfindən strateji məhsullara bəzi ərzaq və yanacaq növləri, eləcə də dərman ləvazimatları daxil edilib:

"Dövlətimiz də bu məhsullar üzrə ehtiyat yaradır ki, bu da fövqəladə vəziyyət, səfərbərlik, müharibə və digər situasiyalarda istifadə olunacaq. Yəni, belə vəziyyətlərdə əhali əziyyət çəkməyəcək və əhali tam əminliklə həyatına davam edəcək. Dövlət bu ehtiyatın minimal məbləğini müəyyən edir, monitorinqlər və təhlillər aparır. Ehtiyatlar minimal həddən aşağı düşərsə, yenidən təminatını həyata keçirir.

Qanunun digər əhəmiyyəti isə ondan ibarətdir ki, bu məhsullar üzrə kəskin qiymət artımı olarsa, ehtiyatlardan müəyyən qədəri bazara çıxarılır və qiymət artımının qarşısı alınır. Bu da ölkə vətəndaşları üçün mühüm əhəmiyyətə malikdir. Çünki qanun bütün hallarda onların mənafeyinə xidmət edir”.

Millət vəkilinin fikrincə, hazırda mövcud olan daxili ehtiyat fondları öz işlərini bundan sonra daha ciddi şəkildə həyata keçirəcəklər:

"Hətta qanun çərçivəsində fəaliyyətlərini daha da genişləndiriləcəklər. Bundan başqa, Nazirlər Kabineti tərəfindən strateji məhsulların siyahısı hazırlanacaq və hansı məhsullara tələbat daha çoxdursa, bu müəyyən ediləcək. Eyni zamanda, həmin məhsulların saxlanma müddəti, hansı dövlət qurumu tərəfindən idarə olunması və digər məsələlər öz həllini tapacaq. Bir sözlə, bütün mövcud fondlar daha mükəmməl şəkildə öz fəaliyyətlərini təmin edəcəklər”.

Son xəbərlər

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Bütün xəbərlər