Ermənistana keçən Balasanyanı Təhlükəsizlik Xidməti dindirib
Özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin
"Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyan Ermənistanın
Milli Təhlükəsizlik Xidmətində şahid qismində dindirilib.
Turantv.az xəbər verir ki, bu barədə News.am-a onun vəkili Rafael Martirosyan bildirib.
"Cənab Balasanyanın ümumiyyətlə işə aidiyyəti yoxdur, o, şahid qismində
dindirilib və hesab edirəm ki, cənab Balasanyanın ifadəsinin bu cinayət
işinin istintaq prosesi ilə heç bir əlaqəsi olmayacaq”, – o bildirib.
Vəkil cinayət işinin təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın hüquq mühafizə orqanları
Qarabağdakı qondarma rejimin keçmiş "rəhbərləri”ni və "vəzifəli
şəxsləri”ni saxlayarkən, Balasanyanın da onların arasında olduğu qeyd
edilirdi. Lakin daha sonra onun Ermənistan tərəfə keçə bildiyi məlum
olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay