Respublika Psixiatriya Xəstəxanasının sabiq baş həkimi məhkəmədə dindirilib



Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report” xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində sözügedən xəstəxananın sabiq baş həkimi Ağahəsən Rəsulov dindirilib.

O bildirib ki, H.Seyidovu iş yoldaşı kimi tanıyıb:

"Ondan heç kimin narazılığı olmayıb. Xəstələr də, xəstə ziyarətçiləri də Hüseynlə normal münasibətdə idilər. Gün ərzində xəstəxanaya 80-100 xəstə müraciət edirdi. Hər şey də normal idi. Təqsirləndirilən şəxslə hansısa xəstənin problem yaşadığını eşitməmişəm. Hüseynin kimdənsə pul almasından isə xəbərim olmayıb”.

Məlum olub ki, şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmə ifadəsində ziddiyyət var. Məhkəmədə onun istintaq ifadəsi elan olunub.

A.Rəsulov istintaq dindirilməsində bildirib ki, baş həkim H.Seyidovun rüşvət almasından xəbəri olub:

"Cinayət işində zərərçəkmiş kimi tanınan xəstələri tanıyıram, Hüseyn onlardan rüşvət alıb. Bir dəfə aldığı rüşvətdən 150 manatı da mənə verib”.

Məhkəmədə isə o deyib ki, ibtidai istintaqa ifadə verməyib.

Daha sonra Respublika Psixiatriya Xəstəxanasının Arxiv şöbəsinin əməkdaşı Vüsalə Məlikova dindirilib. O bildirib ki, Arxiv şöbəsində işlədiyindən həkimlərlə o qədər də əlaqəsi olmayıb:

"Mən sənədlərlə işləmişəm. Heç bir xəstə və həkimlə görüşməmişəm, kiminsə pul almasını görməmişəm”.

Prosesdə ifadə verən digər şahid Könül Əliyeva isə söyləyib ki, xəstəxanada tibb bacısı işləyib. Onun sözlərinə görə, həkimlərin xəstələri qəbul etməsi prosesində iştirak etməyib.

Proses avqustun 22-də davam etdiriləcək.

İttihama görə, Hüseyn Seyidov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

Qeyd olunub ki, onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər