Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

 

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "Dövlət Satınalmaları haqqında” Qanunu pozub. Bu sözləri iqtisadçı Allahverdi Aydın bildirib. Onun sözlərinə görə, son 3 ildə AQTA-nın keçirdiyi və ümumi dəyəri 600 min manata yaxın olan 6 tenderin qalibi "Duohıve” MMC (VÖEN – 1503672811) adlı şirkət olub: "Şirkət təsis olunan zaman (2017-ci il) rəhbəri Rəşad Xalıqov adlı şəxs olub. Bu şəxs 2020-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi AQTA-nın İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri olub. Sektor müdiri olan kimi "Duohıve” MMC AQTA-nın informasiya texnologiyaları ilə bağlı keçirdiyi 3 tender müsabiqəsinin qalibi olub. Bəs qanun nə deyir?

"Dövlət Satınalmaları haqqında” Qanunun 13-cü maddəsində açıq şəkildə yazılır ki, satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Qanunun tələbindən də göründüyü kimi, tender keçirilən zaman (2020-ci ildə) satınalan təşkilatın, yəni AQTA -nın təmsilçisi (İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri) 3 il əvvəl – 2017-ci ildə iddiaçının, yəni "Duohıve” MMC -nin vəzifəli şəxsi (qanuni təmsilçisi) olub”.

Qanunun tələbindən də göründüyü kimi, tender keçirilən zaman (2020-ci ildə) satınalan təşkilatın, yəni AQTA -nın təmsilçisi (İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri) 3 il əvvəl – 2017-ci ildə iddiaçının, yəni "Duohıve” MMC -nin vəzifəli şəxsi (qanuni təmsilçisi) olub.

Onu da bildirək ki, 2017-ci ildə "Duohıve” MMC-yə, 2020-ci ildə isə AQTA-nın İnformasiya texnologiyaları və innovativ həllər sektoruna rəhbərlik edən Rəşad Xalıqov "2007-2015 Dövlət Proqramı” çərçivəsində 2007-2012-ci illərdə bakalavriat və 2012-2013-cü illərdə magistratura səviyyələri üzrə Fransada "Université de Franche-Comté Besançon” ali təhsil müəssisəsindən məzun olub. Xalıqov hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "AzInTelecom” MMC-də informasiya və kommunikasiya texnologiyaları üzrə müşavir vəzifəsini icra edir.

Diqqət çəkən məqamlardan biri də odur ki, açıq internet resurslarında "Duohıve” MMC ilə bağlı olan azsaylı məlumatlardan biri AQTA sədri Qoşqar Təhməzlinin qardaşı oğlu Şahbaz Təhməzlinin rəhbərlik etdiyi "İPE Group” MMC-yə məxsus "rahatyasam.az” saytının bu şirkət tərəfindən hazırlamasıdır.

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər