Hacıqabulu abadlaşdıran şirkət kimindir? – Qardaşı başçı müavininə 227 min manat verdiyini…

 

Hacıqabul rayon İcra Hakimiyyəti sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, İcra Hakimiyyətinin "2023-cü ildə Hacıqabul şəhərində abadlıq işləri” lotu üzrə keçirdiyi tenderdə "VİKTORY CONSTRUCTİON GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Tenderin məbləği 142.134 manatdır.

"VİKTORY CONSTRUCTİON GROUP” MMC 2022-ci ilin aprel ayının 11-də təsis edilib.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi ev 2, mənzil 11, qanuni təmsilçisi isə Bədəlov Bəhruz Bayram oğludur.

Hacıqabul rayonunda tender müqaviləsinə görə 2023-cü ildə abadlıq işləri aparacaq "VİKTORY CONSTRUCTİON GROUP” MMC-nin fəaliyyət profili, əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi və mühəndis heyəti, maddi-texniki bazası barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə "VİKTORY CONSTRUCTİON GROUP” MMC-nin qanuni təmsilçisi Bəhruz Bədəlov bir neçə il öncə mediada qalmaqallı açıqlaması ilə gündəmə gələn "Şabran-D” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Cəlal Bədəlovun qardaşıdır. Cəlal Bədəlov həmin qalmaqallı açıqlamasında Şabran rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyovun Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderində iştirakına razılıq vermək məqsədi ilə ondan pul istədiyini və onun da bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq M.Balabəyova 227000 (iki yüz iyirmi yeddi min) manat pul verdiyini iddia edirdi.

Fəaliyyəti, maddi-texniki bazası və işçi qüvvəsi barədə açıq internet resurslarında heç bir məlumat olmayan "VİKTORY CONSTRUCTİON GROUP” MMC-nin Şabran rayon İcra Hakimiyyətinin sifarişçi olduğu satınalmada hansı meyarlara əsasən qalib elan edilməsi bir sıra suallar yaradır.

Qlobal.az məsələ ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyətindən mövqe öyrənib. Hacıqabul rayon İcra Hakimiyyətinin açıqlamasında deyilir:

"Azərbaycan Respublikasında dövlət satınalmaları "Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparılır.Dövlət satınalmalarına nəzarəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.Satınalmalar elektron portal vasitəsilə, əksər hallarda açıq tender üsulu ilə şəffaf qaydada keçirilir.Tender iştirakçıları portal üzərindən aparılan bütün əməliyyatları, yazışmaları izləyə bilir.Tenderin nəticələri Dövlət Xidməti tərəfindən ciddi araşdırılır, əgər tender komissiyası hansısa xətaya yol veribsə, yaxud nəticələri düzgün qiymətləndirməyibsə, tenderin nəticələri ya ləğv edilir, yaxud da yenidən qiymətləndirmə tövsiyyə olunur. "Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7.1-ci maddəsinin tələbinə əsasən ən aşağı qiymət təklifi vermiş ”Viktory Construction Group” MMC tenderin qalibi seçilmişdir. Hazırda yekun protokolu nəzarət qaydasında yoxlanılıb qeydiyyata alınması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmə mərhələsindədir. Yekun protokolu Xidmət tərəfindən qeydiyyata alınarsa MMC ilə satınalma müqaviləsi bağlanacaqdır”.

Xatırladaq ki, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovdur.

O, 2019-cu ilin dekabr ayının 4-dən Hacıqabul rayonuna rəhbərlik edir.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər