Hədəfdə kimdir: Ramiz Mehdiyev, yoxsa Emin Əmrullayev? –
 
Bu ilin aprel ayının 24-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nəzarət etdiyi dövlət satınalmalar portalında – "etender.gov.az”-da Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi açıqlanıb. Məlum olub ki, 361 min 80 manat 58 qəpik dəyərində tenderin qalibi "Şərq-Qərb” ASC olub.

Tender müsabiqəsinin nəticəsi insanlar tərəfindən birmənalı qarşılanmayıb. Hətta millət vəkili Etibar Əliyev məsələyə sərt münasibət bildirib. Etibar Əliyev bildirib ki, adı korrupsiyada hallanan şəxslərə böyük məbləğdə vəsait ayırmaq düzgün deyil: "Sabiq AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin sahibi olduğu "Şərq-Qərb” ASC Təhsil Nazirliyinin tenderinin qalibi olub. Təhsil Nazirliyinin 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blankarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması üçün 361 min manatlıq tenderinin qalibi adıçəkilən şirkəti elan edib.

Təhsil nazirliyinin yanında İctimai Şuranın üzvü kimi bu məsələ məni narahat edir. Adı korrupsiyada və maxinasiyalarda hallanan və fəaliyyəti müvafiq orqanlar tərəfindən yoxlanılan bir nəşriyyata külli miqdarda vəsaitin verilməsi xeyli suallar doğurur. Bu nəşriyyatı tender prosesində iştirak etməyə belə buraxmaq olmazdı. Düşünürəm ki, Təhsil Nazirliyinin rəhbərliyi bu məsələyə aydınlıq gətirəcək.

Fövqəladə hallar nazirinin müavini hansı sifətlə nəşriyyat rəhbəri olur? Bu suala kim cavab verəcək?”

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov millət vəkilinə cavab verərək deyib: "Millət vəkili Etibar Əliyev "Şərq-Qərb” nəşriyyatının tenderdə qalib gəlməsi ilə bağlı sosial mediada paylaşım edib. Etibar Əliyevə bu məsələni diqqətdə saxladığı üçün təşəkkür edirik. "Şərq-Qərb” ASC-nin Təhsil Nazirliyinin açıq tenderlərində iştirak etməsi və bu tenderlərin birində qalib gəlməsi ilə bağlı nəzərə alınmalıdır ki, tenderlərin keçirilməsi "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İstənilən hüquqi və ya fiziki şəxs bu qanunun 6.2.-ci maddəsində nəzərdə tutulmuş ixtisas uyğunluğu meyarlarına cavab verirsə, tenderlərdə iştirak edə bilər”.

Tender müsabiqəsi mətbuatda və sosial şəbəkələrdə də geniş müzakirə olunub və tənqid edilib.

Bu qədər müzakirə və tənqidlərdən sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti haqqında bəhs olunan tender müsabiqəsilə bağlı məlumatı yenidən "etender.gov.az” saytında yayımlayıb. Üstəlik bu dəfə məbləğ 100 dəfə "artırılıb”. Əvvəlki – 29.04.2022-ci ildə açıqlanan məlumatda tenderin məbləği "361 080,58 azn” kimi göstərildiyi halda, bu dəfə – 10.06.2022-ci ildə açıqlanan məlumatda tenderin məbləği "36 108 058 azn” olaraq göstərilib.

Haqqında bu qədər tənqidlərin səsləndiyi, millət vəkili və nazirlik rəsmisinin məsələyə münasibət bildirdiyi bir tender müsabiqəsinin yenidən təhrif olunmuş şəkildə dövlət satınalmalar portalında yerləşdirilməsi təsadüf ola bilərmi?
Təxminən bir ay sonra yayımlanan bu məlumatın mətbuat tərəfindən dərhal tirajlanması bunun təsadüf olma ehtimalını azaldır. Ölkənin demək olar ki, əksər aparıcı xəbər saytları məlumatı "Təhsil Nazirliyi 36 milyon manatlıq tender keçirib” başlığı ilə yayımlayıb.

Bir ay əvvəl aparılan müzakirələr zamanı ən çox tənqid olunanlar Təhsil Nazirliyi və onun rəhbərliyi, həmçinin Ramiz Mehdiyev və onun "Şərq-Qərb” ASC-nin əsas səhmdarı olan oğlu – fövqəladə hallar nazirinin müavini, general Teymur Mehdiyev idi.
Görünür kimlərsə bir ay əvvəl aparılan müzakirələri yenidən gündəmə gətirmək niyyətindədir… (Yeniavaz.com)

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər