Gündəm
13.07.2023, 12:34
Daxili İşlər Nazirliyinə minnətdarlıq
Daxili İşlər Nazirliyinə minnətdarıq. Ondan ötəri ki, işində ədalətli, qərəzsiz, vicdanlı şəxs olan Ramil müəllimi Sabirabad rayon Polis şöbəsinə rəis vəzifəsinə təyin etdiyiniz üçün. Gələcəyimiz olan gənclərimizin bu günü və gələcək təlim-tərbiyəsini, onların sağlam şəkildə və cəmiyyətimizə layiqli vətəndaş olaraq böyüməsini nəzərə alan Ramil müəllim bu gün Sabirabad rayon Polis şöbəsinin rəisidir. Ramil müəllim və onun müavini Sədrəddin müəllimə, o cümlədən Sabirabad rayon Polis şöbəsinin əməkdaşlarına öz dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Sizin apardığınız amansız mübarizə tədbirləri sayəsində Sabirabad rayon Şəhriyar kənd ərazisində olan əxlaqsızlıq yuvaları nəhayət təmizləndi. Sizə gələcək işlərinizdə uğur və nailiyyətlər arzu edir, hər daim işinizi bu cür şərəf və ləyaqətlə icra etmənizi diləyirik.
Kanal1.az İnformasiya Xəbər Portalının baş redaktoru
Arzu Orucov