Bərdədə avtomobil iki qadını vurub, ölən var
Bərdədə avtomobil piyadaları vurub.
APA xəbər verir ki, Eldəniz Qarayev idarə etdiyi avtomobillə yolun kənarında hərəkət edən Tünzalə Rəsulovanı və Günel Səlimxanzadəni vurub.
Nəticədə Tünzalə Rəsulova ölüb, Günel Səlimxanzadə xəstəxanada yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.