Gündəm / Manşet
19.07.2022, 14:35
5 piyada yolu keçmək istəyərkən ÖLÜB
İyulun 18-də respublikanın avtomobil yollarında 5 piyada ölümü qeydə alınıb.
Turkdunyasi.az xəbər verir ki, hadisələr piyadalar yolu keçmək istəyərkən baş verib.
İyulun 18-də saat 7 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bərdə rayon sakini İ.Cəfərov idarə etdiyi "KİA” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Xaliq İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
***
İyulun 18-də saat 21 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Quliyev idarə etdiyi "Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Xəlilverdi Namazovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
***
İyulun 18-də saat 22 radələrində Şəki rayonunun Aşağı Layısqı kəndi ərazisində rayon sakini P.Xəlilov idarə etdiyi "VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Mehman Hacırəhimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
***
İyulun 18-də saat 22 radələrində Salyan rayonunun Bəydili kəndi ərazisində rayon sakini P.Əliyev idarə etdiyi "MTZ-80” markalı traktorla yolun kənarında dayanan Sarvan kənd sakini Azad Qasımovu vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
***
İyulun 18-də saat 22 radələrində Qusar rayonunun Şirvanlı kəndi ərazisində Xaçmaz rayon sakini P.İsgəndərov idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini Siracəddin Fəttahovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay