Hadisə / Manşet
29.03.2021, 09:45
Yasamalda gənc qızı evinin yanında avtomobil vurub
Bakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
"Kanal1.az"ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Yaşadığı evin yaxınlığında yolu keçən 1994-cü il təvəllüdlü Mansurova Xəyalə Xəqani qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay