Hadisə / Manşet
13.06.2021, 23:41
Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Kanal1.az”bildirir ki, hadisə rayonun Saloğlu yolunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Onlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay