Hadisə / Manşet
13.03.2021, 15:00
Avtomobil qəzası: Hamilə qadın xəsarət aldı
Cəlilabad rayonunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.
"Kanal1.az" xəbər verir ki, hadisə Mişarçay körpüsü yaxınlığında qeydə alınıb.
Nəticədə Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Xəyalə Əliyeva xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun hamilə olduğu və vəziyyətinin ağır qiymətləndirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay