Hadisə / Manşet
27.03.2021, 17:00
Göygöldə 2 avtomobil toqquşub, xəsarət alan var
Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Kanal1.az"ın məlumatına görə, hadisə Göygöl şəhərində, yanacaqdoldurma məntəqələrinin birinin qarşısında qeydə alınıb.
Hərəkətdə olan "Chevrolet" markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində bir nəfər, 52 yaşlı Mədət Əhmədov xəsarət alıb. O, Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qəzanın baş vermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay