Hadisə / Manşet
15.04.2021, 22:43
Göyçayda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Kanal1.az" xəbər verir ki, hadisə bu gün axşam saat 20:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
90-KL-375 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan və işıqforda dayanan 99-MD-140 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Hadisə zamanı minik avtomobilinin sürücüsü və 2 sərnişini xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay