Qərb siyasətçilərinə sülh yox, münaqişəni alovlandıra biləcək amillər lazımdır

"Kanal1.az"
Azərbaycanda hərbi əsir yoxdur, atəşkəs bəyanatından sonra, yəni sülh dövründə ölkəmizin ərazilərinə soxularaq cinayətlər törədən silahlı təxribatçı, terrorçu dəstənin antiterror əməliyyatı nəticəsində saxlanılan üzvləri var. Onlar da qanunvericiliyimizin tələblərinə uyğun olaraq, istintaqa cəlb olunublar və törətdikləri cinayət əməllərinə görə məhkəmə qarşısına çıxarılacaqlar. Bunu məsələ ilə bağlı manipulyasiya edən, yalan məlumatlar yayan Ermənistan rəhbərliyi də, bu yalan məlumatlar əsasında ölkəmizə qarşı qarayaxma kampaniyasına rəvac verənlər də yaxşı bilirlər.



E.Mirzəbəyli bildirib ki, Almaniyanın xarici işlər naziri Mixail Rot da daxil olmaqla, bütün Qərb siyasətçiləri məsələnin mahiyyətini kifayət qədər yaxşı bilirlər və indiki şəraitdə erməni yalanları üzərindən səsləndirdikləri fikirlər siyasi avantüradan başqa bir şey deyil:

"Mixail Rot üçüncü Reyxin süqutundan, yəni Hitler Almaniyasının kapitulyasiyasından sonra müttəfiq qüvvələrin nəinki silahlı dəstələrə, hətta əlinə təsadüfən silah alan yeniyetmələrə və gənclərə qarşı necə davrandıqları, belələrinin hətta əsir götürülmədiklərini və yerindəcə güllələndikləri barədə də, yəqin ki, məlumatlıdır. Mixail Rot yüksək ranqlı diplomat kimi, Beynəlxalq Humanitar Hüququn əsasını təşkil edən Cenevrə konvensiyalarının heç birində hərbi əməliyyatlar başa çatdıqdan, sülh sazişi, yaxud kapitulyasiya aktı imzalandıqdan sonra baş verən silahlı insidentlərin, təxribat xarakterli hərəkətlərin heç birinin bu konvensiyaların heç birinin hüquqi təsiri altına düşmədiyini də bilmək məcburiyyətindədir.

Nə Cenevrə hüququnda, nə də Haaqa hüququnda sülh, yaxud kapitulyasiya aktı imzalandıqdan, yəni müharibədən sonra konkret ölkənin ərazisində cinayət törədən fərdlər, yaxud dəstələr haqqında heç nə yoxdur. Çünki onlar cinayət törətdikləri ölkənin qanunları ilə mühakimə olunurlar. Mixael Rotun münaqişənin həllində heç bir rol oynamayan ATƏT-in Minsk Qrupunun münaqişədən sonrakı vəziyyətin nizamlanmasında iştirakından danışması, əslində ölkəmizə qarşı aparılan bu kampaniyanın mahiyyətini ortaya qoyur. Azərbaycanda saxlanılan təxribatçı, terrorçu dəstənin üzvləri ilə bağlı qoparılan ajiotajın təməlində, status məsələsi kimi gorbagor olmuş ATƏT-in Minsk qrupunun həmsədrlik institutunu xortlatmaq və regiona təsir imkanlarını qoruyub saxlamaq niyyəti dayanır. Çünki Azərbaycanın öz torpaqlarını azad etməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və onların peyk dövlətlərinin münaqişədən istifadə etməklə region dövlətlərinə təsir etmək imkanlarını minumuma endirib".

E.Mirzəbəyli vurğulayıb ki, Mixael Rotun millət vəkili Rəfael Hüseynovun Ermənistan tərəfindən Azərbaycanın azad olunmuş torpaqlarını minalaması, mina xəritələrini təqdim etməməsi və dinc insanların minalara düşərək dünyasını dəyişməsi, yaralanması ilə bağlı sualına əhəmiyyət verməməsi də, elə bu amildən qaynaqlanır: "Müharibənin dayanması, bölgəyə sülh gəlməsi və digər bu kimi amillər Qərb siyasətçiləri, o cümlədən Almaniyanın xarici işlər naziri üçün prioritet deyil. Onlar, əksinə, minalanmış sahələrin xəritələrinin Azərbaycana verilməməsini və nəticədə daha çox insanın ölməsini, hər insan ölümü ilə düşmənçilik münasibətlərinin daha da dərinləşməsini istəyirlər. Onlar üçün münaqişəni yenidən alovlandıra biləcək amillərin qorunub saxlanılması lazımdır ki, bölgə xalqlarının taleyini geosiyasi uzlaşdırma üçün piştaxtaya çıxara bilsinlər".

Son xəbərlər

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Bütün xəbərlər