Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli

“Kanal1.az”
Soydaşlarımız Ermənistandan deportasiya olunan zaman hakimiyyətdə olan nankor insanlar bu məsələləri nəinki dünya ictimaiyyətinə, o zaman Azərbaycanın daxil olduğu sovetlər birliyi çərçivəsində tanıtmadılar.

Bunu Trend-in "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, 87-88-ci illərdə 300 mindən çox azərbaycanlı Ermənistandan qovuldu, deportasiya olundu:

"Təəssüf ki, o zaman Azərbaycan hökuməti də, dövləti də bunun qarşısını almaq üçün heç bir tədbir görmədi. Görmək iqtidarında deyildi, niyyəti də yox idi. O ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Bəzi hallarda ermənilər bunu guya Azərbaycanın ermənilərə ərazi iddiası kimi təqdim etmək istəyirlər. Deyirlər Azərbaycan Qarabağı azad edib, indi başqa əraziləri tutacaqlar. Ermənilər bunu qəsdən edirlər, amma bununla bağlı Azərbaycan tərəfindən dəfələrlə rəsmi bəyanatlar verilib, Ali Baş Komandan söyləyib ki, bizim Ermənistana və yaxud da heç bir qonşu ölkəyə ərazi iddiamız mövcud deyil. Amma bu da o demək deyil ki, biz tarixən, yüz illərlə yaşadığımız ərazilərə mənəvi, tarixi iddiamızdan imtina etməliyik.

Bir daha vurğulayıram, 87-88-ci illər, üzərindən cəmi 32-33 il keçib. Biz hamımız tarixi torpaqlarımızı xatırlayırıq, çünki mən də daxil olmaqla biz orada olmuşuq, yaşamışıq və əlbəttə ki, bizim hamımızın arzusu o ərazilərə qayıtmaqdır, oranı görməkdir. Bunlar hamısı öz əksini tapmalıdır".

Xalq Cümhuriyyəti dövründə İrəvanın Ermənisana güzəştə gedilməsi məsələsinə toxunan Ə.Hüseynli bildirib ki, bir sıra hallarda tarixçilər, siyasi ekspertlər bunu belə əsaslandırırlar ki, o zaman məcbur olublar, güzəştə gediblər və həm də Azərbaycan Xalqı Cümhuriyyəti qurulsun deyə:

"İndiki münaqişə zamanı da Azərbaycana təkliflər olunurdu ki, güzəştə gedin, əvəzində hansısa məsələlər həll olunsun, amma Azərbaycan dövləti, nə ulu öndər Heydər Əliyev, nə də Azərbaycan Prezidenti İlham Əliyev heç zaman belə güzəştə getmədi. Biz indi torpaqların işğaldan azad olunmasının nəticəsini görəndə və Bakıda Hərbi Qənimətlər Parkını görəndə görürük ki, elə bu zamana da ehtiyac var imiş.

Məhz indiki şəraitdə bu müharibədə belə uğurla və ən yaxşı nəticələrlə qalib gəlmək olardı. Biz əlbəttə ki, bundan sonra kommunikasiyaların açılması, xalqlarıızın inkişafı naminə bölgədə bütün ölkələrlə əməkdaşlıq olunması ruhundayıq, amma bu heç bir halda o demək deyil ki, biz tarixə baxışımızı dəyişdirə bilərik. Ermənistan da daim bilməlidir ki, onların yeganə şansı qonşudakı böyük dövlətlərlə, müsəlman dövlətləri ilə, türk dövlətləri ilə sülh şəraitində yaşamaqdır, onlar bütün qondarma ərazi iddialarından imtina etməlidirlər.

Bizim onlara nümayiş etdirdiyimiz bu qalibiyyət onlar üçün həm də yaxşı bir dərs olmalıdır. Onlar dərindən düşünsələr, görərlər ki, bu dərsin özü də onların xeyrinədir. Əgər onlar bundan düzgün nəticə çıxarsalar, gələcəkdə bir də bu vəziyyətə düşməzlər".

Son xəbərlər

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Bütün xəbərlər