Hadisə / Manşet
27.03.2021, 09:30
Bakıda avtomobil qadını vuraraq ayağını sındırdı
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Kanal1.az" xəbər verir ki, hadisə “Neftçilər” metrostansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1982-ci il Muradova Natalya Nikolay qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ ayağın sınığı diaqnozu qoyulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay