Hadisə / Manşet
24.03.2021, 00:29
Bakıda 25 yaşlı gənc bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Kanal1.az"ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Allahverdiyev Qəhrəman Əhliman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qolun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay