Hadisə / Manşet
2.04.2021, 10:23
Bakıda avtomobil piyadanı vurdu
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Kanal1.az"ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Hövsan yolunda 1983-cü il təvəllüdlü Bayramova Xəyalə Binnət qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol və sağ qolun əzilmiş yarası diaqnozları qoyulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay