Şadlıq evlərində fantastik menyu qiymətləri: 350, 400, 450 manat…

 

Ailə qurmağa hazırlaşan cütlükləri maraqlandıran əsas məsələlərdən biri də şadlıq saraylarının mövcud menyu qiymətləridir. Bakıda menyusu 35 manatdan tutmuş 450 manata qədər xidmət təklif edən şadlıq evlərinə rast gəlinir. Qiymətlərin formalaşmasına isə müxtəlif amillər təsir göstərir.

 

İqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat.az-a açıqlamasında deyir ki, şadlıq saraylarının qiymətləri ümumi inflyasiya trendinə uyğun tənzimlənir.

Onun sözlərinə görə, şadlıq evlərində qiyməti formalaşdıran əsas amillər bazar qiymətləri, xidmətlər, eləcə də vergilərdir: "Məsələn, əvvəl vergi orqanları şadlıq saraylarının üzərinə o qədər getmirdi. İndi isə daha ciddi məşğul olurlar. Nəticədə şadlıq evlərinin vergi ödənişləri artdıqda bu, menyu qiymətlərinə də öz təsirini göstərir”.

Bu sahə üzrə Azərbaycanda yüksək rəqabət olduğunu deyən ekspert bildirib ki, təkcə Bakıda yüzlərlə şadlıq evi mövcuddur: "Restoran sahibləri mal və məhsulu özləri istehsal etmir, hər masa üçün lazım olan ərzağı və digər məhsulları bazardan alırlar. Nəticə etibarilə mal və məhsulların qiymətlərinin qalxması, təbii ki, toyların qiymətini də artırır”.

Beləliklə, Bakıda yerləşən bəzi şadlıq saraylarındakı menyu qiymətlərini təqdim edirik:

750 nəfərlik qonağı qarşılamağa malik olan "Grand Neon”da menyu qiymətləri 65 manatdan başlayır. Burada ən bahalı menyu 210 manat təşkil edir.

500 nəfərədək qonağa xidmət göstərən "Mona liza”da isə qiymətlər 80-110-140 manat aralığında dəyişir.

600 nəfərlik zalla xidmət göstərən "Alp Saray”da qiymətlər 90-120-160 manat aralığındadır.

"Çıraq Palace” şadlıq sarayında qonaqlar üçün 650 nəfərlik zal mövcuddur. Burada isə qiymətlər 55 manatdan başlayaraq 120 manat təşkil edir.

"Su səsi” şadlıq sarayının toy zalı 850 nəfərlik üçün nəzərdə tutulub. Burada da menyu qiymətləri müxtəlifliyinə görə 80-100-130 manat müəyyənləşib.

300 və 800 nəfərlik zallara malik olan "Böyük saray”da qiymətlər 200 manatdan başlayır. Şadlıq sarayında ən bahalı menyu qiyməti isə 400 manat təşkil edir.

Paytaxtın ən bahalı şadlıq saraylarından biri də "Sapfir Saray”dır. 650 nəfərlik tutumu olan sarayda ən ucuz menyu qiyməti 160 manat, ən bahalı menyu qiyməti isə 450 manatdır. Bundan əlavə, toy sahiblərinin istəyinə uyğun olaraq burada 180-200-250-320 manatlıq menyu qiymətləri də təklif olunur.

480 nəfərlik zalla qonaqlara xidmət göstərən "Niel” şadlıq sarayında qiymətlər 90-160 manat aralığında dəyişir.

Kiçik və böyük zalda qonaqları qarşılayan "Buta Palace”da isə menyu qiymətləri 250 manatdan başlayır. Bununla yanaşı bu şadlıq sarayı toy sahiblərinin istəyinə uyğun olaraq 300 manatlıq menyu da təklif edir.

700 nəfərlik zala sahib olan "Ay İşığı” şadlıq sarayında isə qiymətlər 100-200 manat aralığında dəyişir.

Son xəbərlər

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

Bütün xəbərlər