Bahalaşma şadlıq saraylarına da təsir edib: Qiymətlər 45 manatdan başlayır - SORĞU

 

 

 

 

Məhərrəm və Səfər ayı başa çatdıqdan sonra ölkəmizdə sentyabrın 27-dən etibarən toy məclislərinin keçirilməsinə başlanıldı. Ölkəmizdə davam edən bahalaşma şadlıq sarayları və restoranlardan da yan keçməyib. Menyu qiymətlərinin əvvəlki illərə nisbətən kəskin şəkildə yüksək olduğu, bu səbəbdən də müraciət edənlərin sayında azalma müşahidə edildiyi bildirilib.


Şadlıq saraylarından birinin səlahiyyətlisi standart menyu tətbiq etmədiklərini bildirib:

"Ölkəmizdə davam edən bahalaşma, əlbəttə ki, şadlıq saraylarına da öz təsirini göstərir. Lakin biz menyunu əvvəlki kimi tərtib etmişik. Qiymət qaldırmırıq. Menyunu yerində danışırıq. Standart qiymət yoxdur. Ortalama 40-45 manatdır. Qiymət ev sahibinə görə müəyyən edilir”.

Səlahiyyətli gediş-gəlişin azlığından şikayətlənib:

"Müraciət edənlərin sayında kəskin azalma müşahidə olunur. Son aylarda gediş-gəliş çox azalıb”.

Digər bir şadlıq sarayı isə minimum menyularının 45 manatdan başladığını söyləyib:

"Qiymətlər çox qalxıb. Biz menyu qiymətlərini artırmamışıq. Müştəri gələndə endirim istəyir. Endirim edəndə də ziyana gedirik. Minimum qiymət 45-dən başlayır. Müəyyən endirimlər olur. Müraciət edənlərin sayında da get-gedə azalma müşahidə olunur. Oktyabr, noyabr və digər aylar çox zəifdir. Halbuki əvvəllər noyabr və dekabrda müraciət edənlər çox olurdu”.

Başqa bir restoran səlahiyyətlisi isə menyunun fərdə görə dəyişdiyini qeyd edib:

"İnsanların müraciəti azalıb. Bu, şübhəsiz ki, belədir. Qiymət artımı yoxdur. Sadəcə olaraq incəliklər var. Biz bir nəfərlik üçün qiyməti 35-40 manat edə bilirik. Amma gərək qonaq sayı 300-350 nəfər olsun ki, biz o toyu edə bilək. Standart menyu qiyməti tətbiq etməmişik. Müştəri ilə danışıb yerindəcə tərtib edirik. Kimsə menyuda fərqli təam istəyirsə, o təamın qiymətini iştirak edən insan sayına görə hesablayıb menyunun üzərinə əlavə edirik. Menyunun tərkibinə görə, qiymətlər müəyyənləşir. Bir qiymət siyasəti aparmırıq. İnsanlara uyğunlaşmağa çalışırıq.

Müraciətlərdə qonaq sayları azalıb. 300 əvəzi 100-150 nəfər gəlir. Bunu da etmək bizə sərf etmir. Çünki işçilərin maaşlarını ödəmək lazımdır. Bizdə qiymətlərdə bahalaşma yoxdur. Çox münasib qiymətlərdir. Minimum 45 manatdır. Noyabr ayı üçün zəiflik var. O da başa düşüləndir. Oktyabr ayında toylar çox olub deyə zəifləyib. Gözləniləndir”.

Restoranlardan biri başlanğıc menyunun 120 manat olduğunu bildirib:

"Bahalaşma menyu qiymətlərinə də öz təsirini göstərir. Standart menyu 120 manatdır. Müraciətlər bir qədər azalıb. Amma müraciət edənlər o qədər də az deyil”.

Digər bir şadlıq sarayında isə minimum menyu 70-75 manatdır:

"Menyu qiymətlərinin dəyişməsi gözləniləndir. Təbii prosesdir. Standart menyumuz 70 manatdan başlayır. Lakin müştəri sayı da az deyil”.

Müşahidələrdən aydın oldu ki, ən aşağı menyu 45 manatdır. 30-35 manata demək olar rast gəlinmədi.

Araşdırmalardan aydın oldu ki, ən aşağı menyu 45 manatdan başlayır.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər