Toylara niyə icazə verilmədi...

“Kanal1.az”
Dünən Operativ Qərargah bir sıra qadağaları aradan qaldırsa da, hamının həsrətlə gözlədiyi toy mərasimlərinə yenə icazə verilmədi. Sadə insanlar hamısı təxminən eyni fikri təkrarlayır. "Restoranlarda , diskotekalarda yüzlərlə insanın toplaşmasına icazə verilirsə, toylara niyə icazə verilməsin?"

Toylar bizə yalnız şənlənmək üçün deyil, iqtisadi dirçəlişimiz üçün lazımdır. İki nəfər evlənir, amma yüzlərlə insan bundan qazanc götürür. İqtisadçı ekspert Eldəniz Əmirov toylara cazə verilməməsini bizimyol.info-ya şərh edərkən bildirdi ki, toylarla bağlı yekun qərarın verilməməsi bir neçə səbəblə bağlıdır.

"Toy məsələsi həssas məsələdir. Belə ki, idman zalları, iri ticarət mərkəzləri açılsa da, test ediləcək, yoluxma sayı artarsa, gələcəkdə onların yenidən hissə-hissə bağlanması məsələsi gündəmə gələ bilər. Bu sahələrin fəaliyyətinin dayandırılması toyların dayandırılması qədər ciddi problemlər yaratmayacaq. Toylar başlasa, yastıqaltı pullar dövriyyəyə buraxılacaq. Qızıl alacaqlar, şadlıq evlərinə beh verəcəklər, alış-verişlər olacaq, ev təmirləri, ev alqı-satqısı olacaq. Qısası, toya hazırlıqla bağlı iqtsidai fəallaq olacaq, planlar qurulacaq. Biri bu gün toy edirsə, bir başqası 1 ay , 3 ay sonraya toy planı quracaq. Toylar yenidən dayandırılsa, bu nə qədər insan üçün əlavə xərc demək olacaq.

Üstəlik, mənəvi, psixoloji gərginlik də yaranacaq. Mənim subyektiv fikrimə görə, indi test olunur, əgər hər şey öz axarında gedərsə, təhlükənin geridə qaldığı hiss olunsa, toylara icazə veriləcək. Digər məsələ də toylara qədər olan müddətdə peyvəndləmənin sürətlənməsi ilə bağlıdır. Peyvəndləməyə insanları təşviq etmək üçün toyla reklam edirlər, yəqin bunun şahidi olmusunuz. Toya icazə verdikdən sonra, geri addım atmaq çox çətin olardı.

Bazarda tələbin artması ilə istər-istəməz qiymətlərdə artımlara gətrib çıxaracaq. Amma bütün hallarda bütün bunlar iqtisadiyyatımızın xeyrindəir. Yetər ki, icazə verilsin.

Toylara icazə veriləcəyi təqdirdə müsbət təsiri ilk növbədə işsizliyin azalmasına olacaq. Hazırda şadlıq saraylarında işləyənlərin sayı ilə bağlı dəqiq statistika olmasa da, amma onminlərlə insanın iş yerinin yenidən fəaliyyətə başlayacağını deyə bilərik. Bu isə on minlərlə ailə deməkdir. Onminlərlə ailə yüzminlərlə vətəndaş deməkdir. Demək ki, toylara verilən icazə ilk növbədə şadlıq saraylarında iş təminatı hesabına yüz minlərlə insanın rifahına təsir etmiş olacaq. Toylara icazə verilməsi xidmət sahələrindən olan gözəllik salonlarında, bərbərxanalarda da canlanmaya səbəb olacaq. Şadlıq sarayları, restoranları məhsulla təchiz edən şirkətlər var ki, onların da aktivliyi, gəliri artacaq. Avtomobil icarəyə verən sahibkarlar var ki, onların da əsas biznesi toy mərasimlərinə bağlı idi. Bu icazədən sonra avtomobil kirayələnməsində də canlanma olacaq. Eyni zamanda paltar kirayələnməsində də bunu müşahidə edəcəyik. Bundan əlavə, fəaliyyəti dayandırılmış sahələrdə çalışanlara dövlət dəstək göstərirdi ki, dövlət bu yükdən də azad olacaq",- deyə ekspert vurğulayıb.

Bir çox ekspertlər hesab edirlər ki, toyların başlaması ilə qiymət artımı, inflyasiya başlayacaq. Toylara icazə verilməməsi də bununla bağlıdır. "Əslində qiymətlərdə artım çoxdan var, toylar bu işə necə təsir edəcək?" sualımıza Eldəniz Əmirov belə cavab verdi:

"Toylara icazə veridikdən sonra müəyyən qədər artım ola bilər, məsələn ətin, ərzaq məhsullarının qiymətində. Amma hansısa köklü dəyişikliklərin, inflyasiya dalğasının olacağını düşünmürəm".

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər