Seçkidən sonra nələr olacaq: Hansı qurumlar ləğv oluna bilər? – TƏFƏRRÜAT


Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra kadr və struktur dəyişiklərinin həyata keçiriləcəyi barədə məlumatların ardı-arası kəsilmir.

 

Qaynarinfo xəbər verir ki, məlumatlarda əhəmiyyətli dəyişikliklərdən bəhs edilir.

İddialara görə, bu dəfəki dəyişikliklər digərlərindən fərqlənəcək. Yəni, istər hakimiyyət komandasında, istərsə də, idarəetmədə kosmetik əlgəzidmədən söhbət getmir.

2018-ci ildə də keçirilən növbədənkənar prezident seçkilərindən sonra da oxşar prosesə start verilmişdi. Bir neçə il ərzində köhnə komanda yenilənmiş, bəzi qurumlar ləğv edilmiş, biri-birini təkrarlayan strukturlar birləşdirilmişdi. Lakin dəyişiklər ictimai rəydə müsbət qarşılansa da, bəzi məmurların etimadı doğrultmaması, yeni konfiqurasiyaya uyğunlaşa bilməməsi islahat mövzusunu yenidən gündəmə gətirib.

Hələ növbədənkənar seçkilər təyin olunmamışdan aylar əvvəl yenidən islahatlara ehtiyac yarandığı barədə fikirlər səsləndirilirdi. Məlumatlarda iddia olunur ki, hökumət də baş verənlərin fərqindədir və islahat təkliflərini gözardı etmək niyyətində deyil.

Bəs bizi hansı dəyişikliklər gözləyir?

İddialara görə, ilk növbədə yerli icra hakimiyyətlərinin ləğvi məsələsi gündəmə bilər. Bu mövzu ətrafında müzakirələrdə bəzi hallarda yanlış yanaşma ortaya qoyulur. Bildirilir ki, yerli icra hakimiyyətlərinin ləğvi üçün referendum keçirilməlidir. Prezident seçkilərindən sonra referendumun keçirilməsi o qədər də asan proses olmadığı üçün hakimiyyətin bu addımı atacağını real hesab edilmir.

Halbuki yerli icra hakimiyyətləri konstitusiya təsbit olunmuş təsisat deyil. Bu isə o deməkdir ki, həmin qurumların ləğvi üçün referenduma ehtiyac yoxdur.

Keçmiş deputat və Azərbaycanın sabiq baş naziiri Pənah Hüseyn də bu mövzuda Qaynarinfo-ya danışarkən yerli icra hakimiyyətlərin ləğvi üçün referendum keçirilməsinə ehtiyac olmadığını bildirib.

"Ümumiyyətlə, referendum hər bir məsələ üçün keçirilə bilər. Amma məcburi olmayan hallar da var. Konkret olaraq yerli icra hakimiyyətlərinin ləğvi üçün referenduma ehtiyac yoxdur. Çünki bu konstitusion təsisat deyil. Yəni, konstitusiya ilə təsbit olunmayıb”, deyə Pənah Hüseyn vurğulayıb.

Bu halda yerli icra hakimiyyətlərinin ləğvi məsələsi real görünür. Bu addım Azərbaycanın inzibati ərazi bölgüsü sistemində dəyişikləri şərtləndirə bilər. Ən pis halda xırda rayonların bir mərkəzdə birləşdirilməsi mümkündür.

Bundan başqa, Nazirlər Kabinetinin tərkibində müəyyən dəyişikliklərin həyata keçiriləcəyi ehtimal olunur. Bəzi nazirlərin istefaya göndəriləcəyi, bəzi qurumların isə ləğv olunacağı barədə mülahizələr səsləndirilir. Xüsusilə, iri qurumlarda "budama əməliyyatı”nın aparılacağı önə çəkilir.

Bu sırada ilk növbədə Fövqəladə Hallar Nazirliyinin (FHN) adı çəkilir. Bu nazirlik Azərbaycanda ən iri qurumdur. Nazirliyin təkcə regional idarələrinin sayı doqquzdur. Bundan başqa, FHN-nin tərkibində 18 qurum və 15 idarə fəaliyyət göstərir.

İddialara görə, ilk növbədə nazirlikdəki strukturlar ixtisara məruz qalacaq. Daha sonra qurumun özü müvafiq nazirliklərindən birinə birləşdirilə bilər. Hətta mümkündür FHN parçalanaraq səlahiyyətləri ayrı-ayrı qurumlara verilsin. FHN-nin birləşdiriləcəyi qurumlar arasında əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Daxili İşlər Nazirliyinin adı çəkilir.

Oxşar proses səhiyyə və təhsil sahəsində də həyata keçirilə bilər. Məlumdur ki, hər iki sferada bir neçə qurum fəaliyyət göstərir. Müşahidələr göstərir ki, bu qurumlar fəaliyyətləri ilə bir çox hallarda bir-birini təkrarlayır.

Son xəbərlər

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Bütün xəbərlər