252 saylı məktəb-lisey tam nəzarətsiz buraxılıb. DİREKTOR bazar açıb…

 

Bakı şəhərində 252 nömrəli məktəb-lisey var. Adı ilə nəticələri uyğun gəlməyən bu məktəbin direktoru Eldəniz Əkbərov bura təyin ediləndən bəri sözün əsil mənasında biznes mühiti yaradıb. Adamın tamah dişi o qədər uzundur ki, müəllimdən valideynə, bufetçidən xadiməyə qədər uzanır.

Məktəbin nəticələri, təhsilin keyfiyyəti Eldəniz müəllimi maraqlandırmır. Onun maraq dairəsində ən əsas yeri pul tutur. Nədən ki, Eldəniz müəllimin arxasında BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə dayanır. Ona görə də bu məktəbdə pulyığma kampaniyası böyük sürətlə davam edir. Hər ayın əvvəlində hər müəllimin müəyyən edilmiş norması var. Bundan başqa ibtidai sinif müəllimləri 100-150 manat, yuxarı sinif müəllimləri də bir o qədər ödəməli olurlar. Təbiidir ki, bu ödəmələr müəllimin əmək haqqına qalsa mümkün deyildir. Sadəcə Eldəniz müəllim elə şərait yaradıb ki, kim harada, necə bacarırsa qazanır və ödəyir. Beləliklə, nə şiş yanır, nə də kabab.
Vaxtilə BŞTİ-nin müdiri, sonra ETN-də şöbə müdiri olan, indi isə Şəmkir rayon İH başçısı vəzifəsində işləyən Rəşad Tağıyevin təsiri də özünü göstərir. Bir yandan Rəşad Tağıyevə, digər yandan BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadəyə arxayın olmaq Eldəniz müəllimin işinə yarayır. Özünün dediyinə görə bu iş elə-belə başa gəlmir. Deyir ki, əcəb edirəm, alıram, lazım olan yerə də verirəm. Ona görə də mənə kimsə bir söz deyə bilməz.
Eldəniz Əkbərov beləliklə bütün pedaqoji işçilərlə alış-veriş prosesində olduğundan kifayət qədər gözükölgəli durumdadır. Ona görə də heç bir müəllimə söz deyə bilmədiyindən var gücü ilə 345 manata işləyən, bütün günü toz udmaqdan savayı bir gəliri olmayan xadimələrə sözün əsil mənasında divan eləyir. Xadimə demişkən, Sevda adlı xadiməni elə günə qoyub ki, ürəyi gedib. Nədir, nədir, Sevda Eldəniz müəllimin kriteriyalarına uyğun gəlmir.
Burda deyiblər ki, "eşşəyə gücü çatmır, palanı tapdalayır”. Hər halda, onun bu qədər qəddarlıqla və insafsızca davarnışları həm məktəbdə işgüzar mühitə, həm də tədrisin keyfiyyətinə ciddi ziyan vurur. Özündən müştəbeh olan bu əlahəzrət məktəbi öz bostanı kimi idarə edir. İş o yerə çatıb ki, Eldəniz müəllim ona heç bir tsabeçiliyi olmayn, tenderdə qalib gələrək məktəb bufetini işlədən şirkətin işçisindən- bufetçidən belə, ayda 250 manat pul alır. Hansı əsasla, necə, bax bu sual hələ ki cavabsızdır.
Araşdırmalarımız davam edir və bu barədə növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.
Aydın olacaq ki, Eldəniz Əkbərovun biznesinin sərhədi nə qədər uzanır və bu biznesin şərikləri kimdir? Son olaraq qeyd edək ki, bu yaxınlarda bu biznesin əsas fiqurlarından biri olan Fuad Babayevin BŞTi-də tutduğu vəzifədən məhz belə səbəblərdən qovulması bir qədər də Eldənizin kürkünə birə salıb. Lakin Mehriban Vəliyeva kimi dişsiz müdiri olan, Xəyalə Əhmədzadə kimi təcrübəli biznesmeni olan idarənin tabeliyində eldənizlərin at oynatması, təhsilə və işçilərə yağı kəsilməsi təəccüblü deyildir.
Bizi izləyin!

Mənbə: Aktualxeber.az
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər