Araik, Bako və Arkadi necə həbs edildi? - Kəşfiyyatın “nöqtə əməliyyatı”


Qarabağda erməni separatizminə rəhbərlik etmiş şəxslərin həbsinin detalları ictimaiyyət üçün maraqlıdır və bəlkə də bu tarixi əməliyyatın üzərindən məxfi qrif uzun müddət götürülməyəcək, yaxud təfərrüatlar tam açıqlanmayacaq.

Lakin antiterror tədbirlərindən sonra bu separatçılar haqqında yayılan məlumatların analizi üzərindən Araik Arutyuntyan, Bako Saakyan və Arkadi Qukasyanın qandallanaraq, Bakıya gətirilməsi əməliyyatına dair müəyyən fikirlər də irəli sürmək mümkündür.

Ruben Vardanyanın Laçın postunda həbs edilməsi bütün separatizmə rəhbərlik etmiş şəxslər üçün siqnal oldu. Məlumatlar onların dərhal iki istiqamətdə addım atdığını deməyə əsas verir: gizləndilər və sülhməramlılar vasitəsilə Bakıdan bağışlanmaları, Ermənistana keçmələrinə şəraitin yaradılması xahişini etdilər;

Bununla bağlı danışıqların aparıldığı haqda məlumatlar da yayılmışdı. Lakin həbs edilmələri rəsmi Bakının heç bir danışığa getmədiyini və terrorçulara aman vermədiyini təsdiq etdi.

Bu əməliyyatda əsas diqqətçəkən məqam üç separatçının harada və necə həbs edilməsidir.

Həm Azərbaycan, həm Ermənistan mediasında Bako Saakyan və Arkadi Qukasyanın Laçın sərhəd-keçid məntəqəsində həbs edildiyi məlumatı yayılıb. Məlumatlara görə, dünən separatçıların bölgədə qalmış qondarma "polis” və "xilasedici” dəstələri Ermənistana gedib. Saakyan və Qukasyan da onları aparan maşın karvanının arxasında Laçın postundan keçmək istəyərkən, həbs ediliblər. Hərçənd, hər iki şəxsin həbs olunacaqlarını bildikləri halda Laçın postundan keçmək cəhdləri suallar yaradır. Mümkündür ki, onlar öz şanslarını yoxlamaq istəyiblər, yaxud bu separatçılar Azərbaycan kəşfiyyatının "nöqtə əməliyyatı” ilə gizləndikləri yerdə ələ keçirilib.

Araik Arutyunyanın həbsi ilə bağlı Laçın postu detalı qeyd olunmur. Məlumatda onun qandallandığı və Bakıya gətirildiyi bildirilir, amma haradan həbs edildiyi bildirilmir. Bu kontekstdə Araikin son 10 gündə Qarabağda gizləndiyinə dair yayılan məlumatlar yada düşür, hətta onun sülhməramlıların qərargahına sığına biləcəyi də ehtimallar arasında idi. Təbii ki, bütün bunlar təsdiqlənməmiş məlumat və versiyalardır. Hələ ki, daha dəqiq olan detal Araikin Laçın postunda həbs edilməməsidir. Bu məqam Araik Arutyunyanın gizləndiyi yerdə həbs edildiyi ehtimalını gücləndirir.

Azərbaycan kəşfiyyatının bölgəyə hakim olduğu sirr deyil, antiterror tədbirlərindən sonra bu nəzarət daha da gücləndi. İstisna deyil ki, Araik Arutyunyan və digər separatçılar "nöqtə əməliyyatı” nəticəsində ələ keçirilib. Və şübhəsiz ki, bu əməliyyat, ümumiyyətlə baş verənlərin görünməyən tərəfləri hələ uzun müddət müzakirə ediləcək.

Son xəbərlər

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Bütün xəbərlər