Araik rusları satdı: Bakı Xankəndiyə girir, Moskva... - Qarabağda situasiya dəyişdi




Bakının erməni əhalisinə yardımın Ağdam-Xankəndi yolu ilə daşınması istiqamətində praktiki addım atması Qarabağdakı vəziyyəti də dəyişdirdi: separatçılar yardımın Ağdam yolundan qəbul edilməsini təklif edən Rusiyadan imtina edərək, Fransaya sığınır;

Azərbaycanın yardım TIR-ları Xankəndiyə daxil olmaq üçün Ağdam yolunda gözləyir. Rusiya sülhməramlıları bu yüklərin qəbul edilməsi istiqamətində danışıqlar aparır, hətta yardımın onların avtomobillərinə yüklənərək, çatdırılması məsələsi gündəmdədir. Separatçılar isə bundan qəti şəkildə imtina edirlər. Əvəzində sərhədimizə qədər gələn Fransanın bayrağını Xankəndidə qaldıraraq, yeni "hamiləri”ni nümayiş etdirirlər.

Bu situasiya Rusiyanın Qarabağ üzərindən bölgədə həyata keçirdiyi siyasətinə ziddir: Moskva Laçın yolunun yüklər üçün açılmasına nail olmaq və Fransanın timsalında kənar oyunçuların bölgəyə girişini əngəlləmək üçün Ağdam-Xankəndi marşrutunun işləməsini dəstəkləyir; rəsmi Bakı isə Xankəndiyə praktiki olaraq daxil ola bilmək üçün Laçın və Ağdam yolunun paralel şəkildə açılmasından yanadır;

Bakı və Moskvanın Qarabağla bağlı fikir ayrılığı olsa da, Fransanın bölgəyə müdaxiləsi məsələsində maraqları uzlaşır. Bu baxımdan, Ağdam marşrutunun açılması təkcə Bakı üçün yox, Moskva üçün də lazımlı görünür. Lakin Fransanın bayrağı altına keçən separatçıların müqaviməti problem yaradacaq. Araik Arutyunyan dünən Azərbaycan sərhədinə qədər gələn Parisin meri ilə onlayn konfransda bəyan etdi ki, "təslim olmayacaqlar, sona qədər döyüşəcəklər”.

Bu, Qarabağda situasiyanı dəyişdirir:

- Azərbaycanın Xankəndiyə girişi və erməni əhalisinin reinteqrasiyası planlarını pozur;
- Fransanın bölgəyə müdaxiləsinin yolunu açır;
- Və Rusiyanın planlarına uyğun gəlmir;

Belə vəziyyətdə hadisələrin mümkün inkişafının necə ola biləcəyi maraqlıdır:

- Bakı mövqeyini dəyişdirmir: Ağdam yolu açılmadan Laçın yolundan yüklər buraxılmayacaq və istisna deyil ki, müəyyən müddətdən sonra erməni əhalisi üçün Ağdam yolunda humanitar yardım mərkəzləri də yaradılsın;
- Rusiya Laçın yolunun açılması üçün yüklərin Ağdam yolundan qəbul edilməsi ilə bağlı məsələnin üzərində dayanacaq;
- Fransa sərhədimizdəki "yardım şousu”na beynəlxalq dəstəyi artırmağa, digər ölkələri də cəlb etməyə çalışacaq, o cümlədən, Ermənistan və separatçılara beynəlxalq müstəvidə dəstəyi artırmaqla bölgədəki proseslərə müdaxiləsini artıracaq;

Prosesin uzunmüddətli davam etməsi nə Bakıya, nə də Moskvaya sərf edir. Bu baxımdan, separatçılara qarşı hərbi müstəvidə addımların atılması aktuallaşa bilər. Bakı separatçıların hərbi mövqelərini zərərsizləşdirəndə, Moskva Fransa bayrağına sığınanları "unuda” bilər.

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər